Yaşıl Enerji necə Ukrayna müharibəsinin mirasına çevrildi? - ARAŞDIRMA

Analitika 15:30 16.02.2024

Təkcə Avropada deyil, həm də dünya miqyasında Rusiya-Ukrayna müharibəsi dövlətlərin hərbi, siyasi və iqtisadi məsələlərə baxışını dəyişib. Müharibəyə görə, Avropaya edilən qaz ixracının dayandırılması qitə dövlətlərinin çətin vəziyyətə düşəcəyi gözləntisi yaratsa da Avropa İttifaqı problemə Yaşıl Enerji faktorunu əlavə edib.

Uzun zamandır həyatımızda olan Yaşıl Enerji məhz hansı səbəblərə görə son illərdə ön plana çıxıb?

Bütün siyasi-sosial vəziyyətlərdən asılı olmayaraq energetika daimi fəaliyyətdə olan sahədir. Avropa uzun illər ərzində əhalisinin enerji təlabatını Rusiyadan alınan ucuz qazla təmin edib. 2022-ci ildə Aİ-nın dəyərli kapitalı ilə Rusiyanın çoxsaylı təbii sərvətləri arasında yaradılmış balanslı enerji mübadiləsi bir siyasi marağın qurbanı olub. Ukraynaya qarşı aqressiv fəaliyyətlərinə görə sanksiya edilən rəsmi Moskva artıq heç bir Avropa dövləti ilə energetika əməkdaşlığı etmir.

Bəs Avropa hansı resurslarla enerji ehtiyacını qarşılayır?

Hər iki tərəf bu barədə hər nə qədər səssiz qalsa da, Rusiya hələ də öz neft və təbii qazını Avropaya ötürür. 2022-ci ildə Rusiyanın üzərinə qoyulan ən vacib sanksiyalardan biri ölkə neftinə qoyulan 60 dollar limiti olub. Bu rəqəm qlobal şəkildə qəbul edilmiş neft qiymətinin minimumudur. Rusiya buna görə öz neftini Hindistana satır. Hindistanda xam neft emal olunur və Qərb dövlətlərinə ixrac edilir. Bu prosesin sonunda Avropa dövlətləri yenə də nefti təxmini olaraq eyni qiymətə almış olur. Rusiya isə yenə də Qərbə satılan neftdən rüsum alır.

Özünün təbii qaz ehtiyatlarını satmaq istəməyən Norveç və neft-qaz ixracında maraqlı olan Azərbaycan kimi dövlətlər isə Avropa qitəsində hələ ki, həlledici rol oynayır. Norveçin yeri yaxın gələcəkdə Afrika ölkələri ilə əvəz olunacaq. İtaliya artıq Afrikadan neft və qaz alaraq qonşu ölkələrə ötürməsi planlaşdırılan “Mattei” planına start verib. 

Yaşıllaşan enerji məhz nəyə görə indilərdə investorların diqqətini cəlb edib?

Təbii ki, bilavasitə ixrac edilən ənənəvi enerji məhsulları Avropanın sadəcə qısa müddət üçün düşündüyü tədbirdir. İlk növbədə əhalinin gündəlik enerji təlabatının ödənilməsində əsas yeri alternativ enerjiyə vermək planlaşdırılıb. Ukrayna müharibəsindən sonra Aİ Parlamentində Yaşıl Enerjiyə əlavə 16 milyard avro sərmayə qoyulması ilə bağlı  Avropanın alternativ enerjiyə yönəlməsi İnkişaf Etməkdə Olan Dövlətlərin də bu sahəyə daha çox sərmayə ayırmasına təkan verib.

Enerji ehtiyacı olduğu kimi qalsa da mənbələr sürətlə dəyişir. Tesla şirkətinin sənayeyə veridiyi təkan, indi bütün dünyada elekromobillərin ənənəvi modellərdən daha çox istehsal olunmasına yol açıb. 

Gördüyümüz kimi, hər hansı bir sahə məhsuldarlıq göstərirsə, həmin sektorda sürətlə rəqabət yaranır.  Dövlətlərin hazırda Yaşıl Enerji rəqabətinə girməsinin də səbəbi budur. Təsadüfi deyil ki, günəş panellərindən alınan enerji həcmi 2023-cü ildə iki dəfə artıb. Bu sahə hər nə qədər bahalı olsa da, yetəri qədər sərmayə qoyulması onu real alternativə çevirib.

Yenilənə bilən enerjidən istifadə edilməsi üçün XX əsrin sonu, XXI əsrin əvvəllərindən bəri təşviqat fəaliyyətləri aparılsa da dünya dövlətləri bu sahəni ancaq ənənəvi mənbələrdən məhrum olduqdan sonra ciddi şəkildə qəbul edib. Neft qiymətləri üzərində dolların təsirini azaltmaq üçün keçən il Rusiya və Səudiyyə Ərəbistanının neft ixracını azaltmasını müşahidə etdik. Sonradan bu siyasət OPEC+ dövlətlərində də həyata keçirildi. Bu neft qiymətlərinin qalxmasına təbii ki, təsir etdi. Amma bu təəccüblü şəkildə ixrac artımına şərait yaratmadı. Bu o deməkdir ki, dövlətlər ənənəvi enerji idxalına davam etməkdənsə, ehtiyat fondlarından istifadə edərək təlabatın çoxluq faizini Yaşıl Enerjiyə yönəltməyə çalışırlar.

Lakin, dünya enerjisinin birdən-birə yaşıllaşmasına nə ekologiyanın qorunması, nə də təbii sərvətlərə qənaət etmək xoşniyyəti təkan verib. Yaranan siyasi vəziyyətin dövlətləri buraxdığı iqtisadi dilemmadan Yaşıl Enerji trendi formalaşdı. Bəlkə də, irimiqyaslı müharibələr və siyasi gərginliklər təkcə insanların ölümünə yol açmır, həm də onların həmişəkindən fərqli düşünməsinə təsir edir.

Fərid

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı