Gürcüstanın "Ekzistensial" Seçkiləri Haqqında Bilməli Olduğumuz 8 şey

Analitika 17:54 24.10.2024

Üzümüzə gələn şənbə günü Gürcüstan vətəndaşları seçki məntəqələrinə, parlament seçkilərində səs vermək üçün yollanacaqlar.Seçkidən sonra gürcü xalqının əslində nə istədiyi məlum olacaq. Hələlik isə onların 2 seçimi var – Avropa İttifaqına qoşulmaq və Rusiyaya yaxınlaşmaq.

Bu seçkilərdə xarici siyasət təşviqat kampaniyalarında ənənəvi daxili problemlərdən daha populyar oldu. Bu dəyişiklik çox güman ki, hakim “Gürcü arzusu” partiyasının avtoritarlaşmağı nəticəsində ortaya çıxdı. Çünki, “bu gediş” Gürcüstanın Avropa İttifaqına  qoşulma şansını xeyli azaldır. Avropa İttifaqına giriş isə Rusiyanın “orbitindən çıxmaq” üçün yeganə yol kimi görünür.

Qərbə inteqrasiyanın təmsil edən siyasi qrup buna yol vermək istəmir.

Gürcüstan Bu Hala Necə Düşdü?

Gürcüstan əhalisinin təxminən 80%-i Avropa İttifaqına girişi dəstəkləyir-qısa müddət əvvəl Gürcüstan Aİ-nin Qafqazdakı təcəssümü kimi görünürdü. Amma Aİ-nin Gürcüstanla qəbul haqqındakı dialoqunu dondurub Moldova və Ukraynayla danışıqlara başlamağıyla situasiya dəyişdi.

Aİ-nin bu qərarının səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bu yana Qərbdən getdikcə uzaqlaşan “Gürcü arzusu” hakimiyyəti və bu hakimiyyətin başçısı Bidzin İvanaşvilidir. O vaxtdan bəri hazırki iqtidar parlamentdə “Xarici Agentlər Haqqında Qanun” , “LGBT propoqandasını Qadağan edən Qanun” kimi Rusiyanın xeyrinə olan qanunlar qəbul etdi ki, bu qanunlar Gürcüstanın Ai-yə qəbulu prosesində bir neçə Hüquqi əngəllər yaratdı.

Onlara Nə Təqdim olunur?

Gürcüstanın Aİ-yə qoşulmaq şanslarının getdikcə azaldığını nəzərə alsaq, Qərb bu seçkiləri xüsusi ciddiyyətlə izləyir. Təəccüblü deyil ki, Ai-nin Xarici Siyasət Kommisiyasının sədri Jozef Borrel Gürcüstandakı seçkilər barədə bunları deyir:

“Bu seçki gürcü xalqının qərarını göstərəcək: Maraqlıdır, görəsən Gürcüstan Aİ-yə qoşulmaq istəyir yoxsa ondan uzaqlaşmaq?”

Gürcüstan Aİ-dən uzaqlaşsa,bunun maddi zərəri də olacaq. Gürcüstan artıq Aİ-dən 121 Milyon Avroluq yardımı almaq şansını itirib. Üstəlik Aİ-nin Gürcüstandakı səfiri xəbərdarlıq edib ki, Gürcüstan üzvlük müraciətini dondursa, ümumiyyətlə bütün maddi yardımlardan məhrum olacaq.

ABŞ da öz növbəsində artıq bir neçə yüksək çinli gürcü məmurun xarici səfərlərini və maliyyə əməliyyatlarını məhdudkaşdırma haqqında qərar qəbul ediblər.  Onlar Gürcüstana “izah etmək” istəyirlər ki, “Qərbdən üz döndərməyin bədəli var”.

Qərbdən üz döndərən Gürcüstan isə yeni dostlar qazanır-bir tərəfdən Çinlə strateji əməkdaşlığa nail olur, digəır tərəfdən İranla iqtisadi və siyasi əlaqələrini inkişaf etdirir ki, bu da onu Rusiyaya daha yaxınlaşdırır.

“Gürcü arzusu”  rusyönümlüdürmü?

Bu sualın cavabı cavablayanın kimliyindən asılı olaraq dəyişir.

Əslində “Gürcüstan arzusu” öz təşviqat kampaniyasında Aİ loqosundan istifadə edir və bəyan edir ki, o Aİ-yə qoşulmaq istəyir,amma öz şərtləri və “ləyaqəti ilə”. Bununla bərabər “Gürcü arzusu” qərbi “LGBT propoqandası”-na görə tənqid edir və ABŞ və Aİ-nın Gürcüstanı Rusiya –Ukrayna müharibəsinə çəkmək istədiyini də qeyd edir.

 Aİ-nın qanunlarını Rusiyanın qanunlarına bənzədən Gürcüstana xəbərdarlığı da hakimiyyət tərəfindən eşidilmədi.

Müxalif qruplar əmindilər ki, “Gürcü Arzusu” rusyönümlüdür.  Məhz bunu əsas gətirərək onlar bu seçkiləri Rusiya-Aİ, iqtidar isə Müharibə və sülh arasında tərəf seçimi kimi təqdim edir.

Bununla bərabər “Gürcü arzusu” torpaqlarının 20%-ni 2008-ci ildən bəri işğal altında saxlamağına baxmayaraq Rusiya ilə dostyana münasibət qurur.

“Gürcü arzusu”-nun Rəqibi Kimdir?

Müxalif Partiyalar 10 ildən çoxdur ki, “Gürcü Arzusu”-nu devirməyə çalışır. Amma onların cəhdlərinə baxmayaraq “Gürcü Arzusu”  [z növbəsində onları nüfuzdan salmaq yoluyla hakimiyyətini qoruyur, bununla bərabər müxalifət partiyalarından “Vahid Xalq Hərəkatı”-nı ölkənin üzləşdiyi bəlalarda günahlandırırlar.

əsası eks-prezident Mixail Saakaşvili tərəfindən qoyulan Vahid Xalq Hərəkatı (VXH) 2003-cü ildə hakimiyyətə gəlmiş, 2012-ci ildə isə “Gürcü Arzusu” tərəfindən devrilmişdi.

“Gürcü Arzusu” hələ də “VXH”-ni hakimiyyətə buraxmamağı hədəfləyir. Bir müddət əvvəl hakim partiya seçkilərdə məğlub olacağı halda VXH-nin keçmiş üzvlərinin bütün müxalif partiyalara yayıldığını əsas gətirərək bütün müxalif partiyaları bağlayacağını açıqlamışdı.

Vəziyyətin bu dərəcədə gərgin olduğu vaxtda Qərb tərəfdarı müxalif partiyalar daha geniş kütləyə xitab eləmək üçün vahid cəbhədə birləşmək əvəzinə kiçik koalisiyalar qururlar.

Avropa yönümlü  müxalifətin lideri Prezident Salome Zurabaşvili hesab olunur. Onlar hakimiyyətə gələcəkləri təqdirdə korrupsiyayla mübarizə, məhkəmə sistemi kimi sahələrdə ciddi islahatlar keçirib ən qısa zamanda,daha ədalətli şəraitdə yenidən parlament seçkiləri keçirəcəklərini deyirlər. Həmçinin onlar Prezidentə içində baş nazir də olmaq şərtilə hökümət təyin etmək səlahiyyətini də vermək istəyirlər.

Sorğular nə deyir?

Bütün sorğular göstərir ki, hakim partiya seçkilərdə qalib gəlmək iqtidarındadır, amma bu onların qələbəsinə ümumi kontekstdə zəmanət vermir. “Gürcü Arzusu” bu seçkilərdə kontitusyon çoxluğu əldə etməyi hədəfləyir ki, müxalifətin dəstəyinə ehtiyac duymadan istədiyi qanunu qəbul edib istədiyini dəyişdirə bilsin. Amma iqtidarın bu qədər üstünlük qazanması o qədər də inandırıcı görünmür. Ekspertlər qeyd edirlər ki, konstusyon üstünlüyü əldə etsə belə hakim partiya kadr böhranı yaşaya bilər. Bu seçkilər proporsional sistemə əsasən keçiriləcək-yəni parlamentdə olan partiyaların deputat sayı o partiyanın göstərdiyi faiz nəticəsinə  əsasən paylanacaq. Edison Research şirkətinin proqnozlarına görə  hakim partiya 34, 5%-lik həddi keçən müxalif partiyalar isə 53% səs toplayacaqlar.

Hakimiyyətə yaxın olan “İmedi” isə üstünlüyü hakimiyyətə verib. Onun proqnozlarına görə “Gürcü Arzusu” 59,5% səs toplayacaq, 5%-lik hədd keçən iki partiya isə 23,9% civarında səs toplaya bilər.

Hakimiyyəti kim formalaşdıra bilər?

Hakimiyyətin təsdiqlənməyi üçün Gürcüstan parlamentinə minimum 76 səs lazımdır. Yəni, 50%-dən az səs toplasa, “Gürcü Arzusu” minimum bir müttəfiqə ehtiyac duyacaq.

Vəziyyəti nəzərə alanda müxalif qüvvələrin koalisiya yaradıb hökümət qurmaq şansı daha yüksək qiymətləndirilir. Amma nəticələr barədə indidən nəsə demək çox çətindir.

Seçkiqabağı atmosfer necədir?

Seçkiqabağı dövr kütləvi təhdidlərlə yadda qalmışdı. Müxalifət liderləri isə təşviqat kampaniyasının gedişində hücumlara da məruz qalmışdılar. Rusiya stilində “Xarici Agentlər haqqında Qanun”-un qəbulundan sonra iqtidar tərəfdarları aktivistlərə hücum edir, vətəndaş cəmiyyəti və jurnalistlər isə təhdidlər və vandalizmlə üzləşirlər.

Zərər çəkənlər içində seçkinin müşahidə edəcək İSFED qrupunun icraçı direktoru Nina Dolidze də var.

Dolidze təşkilata müşahidəçi cəlb etməyin çətinliklərindən danışarkən deyib:

“Hakimiyyət sizi düşmən elan edəndə bu, sizin işinizə də təsir edir. İnsanlar işlərini itirməkdən, repressiyaya uğramaqdan qorxur”.

Seçkidən sonrakı Gürcüstan necə olacaq?

Bütün bunları nəzərə alanda görürük ki, “qasırğa hələ qabaqdadır”. Həm iqtidar, həm də müxalif qüvvələr qalib gələcəklərindən o qədər əmindir ki, çox güman ki, məğlub olan tərəf məğlubiyyətini qəbul etməyəcək. “Gürcü Arzusu” üçün məğlubiyyət hakimiyyəti itirmək və siyasi intiqamla üzləşmək deməkdir.

Gürcüstan Siyasət İnstitutunun Direktoru Korneli Kakaçiya proqnozlaşdırır ki, seçkilərdən sonra etiraz aksiyaları qaçılmaz olacaq: “Əgər oliqarx uduzsa, hər şey onun necə reaksiya verəcəyindən asılı olacaq. Çox güman ki, bizə zəmanət almaq üçün Qərb dövlətlərinin iştirakı (təhlükəsizlik və maliyyə sahələrində) lazım olacaq. 

Kakaçiya həmçinin Gürcüstanın koalisiya şəklində idarə təcrübəsinin olmadığından da danışıb. “Müxalifətin birləşəndən sonra aralarındakı fikir ayrılıqlarını necə həll edəcəyi, necə qərar qəbul edəcəyi ilə bağlı bir neçə aktual problem var. Bizim problemli qanunları ləğv edəcək, xarici və daxili çevrədə itirdiyimiz nüfuzumuzu qaytaracaq, eyni zamanda stabilliyi təmin edəcək operativ hakimiyyətə ehtiyacımız var. Müxalif koalisiya bu ehtiyacı ödəyə biləcəkmi? Bu, sual altındadır”- o deyib.

““Gürcü Arzusu” qalib gəlsə, siyasi qütbləşmə güclənəcək.  Onlar gürcü ictimaiyyətini  birləşdirə bilməyəcək, bölünmə isə ancaq Rusiyaya xidmət edəcək”- Kakaçiya deyib.

Məqalə "Politico" portalından götürülmüş Şahlar Ruhi tərəfindən Azərbaycan Dilinə Tərcümə Olunmuşdur.

 

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
"İranın nüvə silahı yoxdur"
03:50 26.06.2025
Terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
03:35 26.06.2025
Yenotlar almanların həyatını kabusa çevirib
03:20 26.06.2025
Ukrayna və Avropa Şurası Putin üçün xüsusi tribunal yaradacaqlar
03:05 26.06.2025
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib
02:49 26.06.2025
Avstraliya Rusiyadakı jurnalistlərə sanksiyalar tətbiq edib
02:35 26.06.2025
Braziliya lideri Trampa internetdə daha az vaxt keçirməyi tövsiyə etdi
02:20 26.06.2025
Futbol hakimi oyun zamanı həbs edildi
02:05 26.06.2025
Serbiyada çevriliş cəhdinin qarşısı alınıb
01:50 26.06.2025
"S-400 məsələsi artıq bağlanıb"
01:35 26.06.2025
“Qiyamət saatı” yaxınlaşır
01:20 26.06.2025
"Yenidən silahlanmaya üz tuturuq, çünki sərhədlərimizdə düşmən var"
01:05 26.06.2025
Zelenski geyim tərzini niyə dəyişib?
00:47 26.06.2025
Dövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
00:32 26.06.2025
Tufan Parisdə həyatı iflic etdi - Milli Assambleyanın iclası yarımçıq qaldı
00:16 26.06.2025
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
00:02 26.06.2025
26 İyun-Silahlı Qüvvələr Günüdür
00:01 26.06.2025
"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Hamısı