Avropa İqlim Dəyişikliyinə Hazırdır? Analiz

İspaniyada baş verən sel bunun əksini deyir.

Analitika 09:00 31.10.2024

    Ən azı 92 nəfərin ölümüylə nəticələnən güclü daşqınlardan sobra milli hökümət bütün təqsiri yerli hakimiyyətə atdı. Xəbərdarlıq ancaq su səviyyəsi qalxandan sonra verilmişdi.

“İspaniyada son on ilin ən ölümcül selləri göstərdi ki, Avropa hələ də qızmış atmosferin yer üzünə təsirlərinə hazır deyil”- Avrokomissiyanın sədri Ursulan fon der Layen məsələyə münasibətini bildirərkən dedi.

“Bu iqlim dəyişikliyinin drammatik reallığıdır və biz buna hazır olmalıyıq”,-o dedi.

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyanin şəhərətrafı bölgələrinə yağan yağıntının miqdarı sosialistlərin başçılıq etdiyi hökümətin bu hallara hazır olmadığını göstərməklə bərabər, onları sağ mərkəzçi müxalifətin tənqidlərinə dözməyə vadar etdi-Axı onlar təhlükə altında olan əhaliyə vaxtında xəbərdarlıq etməmişdilər.

Valensiyanın yerli hakimiyyəti etiraf edir ki, əhaliyə xəbərdarlıq mesajı yalnız 20:12-də - ilk sel xəbəri alınandan 8 saat, Milli Meterologiya Agentliyinin xəbərdarlığından isə 10 saat sonra göndərilib. Bu, fövqəladə hallar xidmətinin koordinasiyasına cavabdeh olan yerli hakimiyyət üçün fiaskodur.

Valensiyanın yerli hakimiyyəti hərəkətə keçənəcən “situasiya xeyli gərginləşmişdi” – Ekoloji keçid nazirliyinin rəsmisi bildirib.

“İspaniyadakı hakimiyyətin regional orqanlarınxəbərdarlıq sistemini idarə edir və vacib anlarda vətəndaşların mobilliyini təmin etmək üçün onların mobil telefonuna xəbərdarlıq göndərmək hüququna sahibdir. “Vətəndaşlara yola çıxmamaq, işə getməmək barədə xəbərdarlıq niyə gecikdi?” Sualına isə anonimliyini siyasi tənqidə tuş gəlməmək üçün qoruyan məmur “Bilmirik” cavabını verib.

Yerli hakimiyyətin sms xəbərdarlığı gecikdi deyə alçaq evlərdə,küçələrdə,mağazalarda, iş yerlərdində qalan vətəndaşlar sanki “tələyə düşdü”. Onları selin qurbanına çevirən bu gecikmə oldu.

Dövlət rəsmisinin açıqlamasına görə dünən günorta rəsmi ölüm sayı 92-dən az deyildi, İspaniyanın Ərazi Siyasəti Naziri Anxel Viktor Torres isə deyir ki “fəlakətdən dəyən zərərin miqyası heç bir ölçüyə sığmır. Hələki itkin düənlərin dəqiq sayını bilmir ki, bu da faciənin nə qədər dəhşətli olduğunu göstərir”.

Sellər üzrə ekspertlər adekvat xəbərdarlıq sisteminin işləmədiyinə təəssüfləndiyini bildirirlər.

“Bu qədər çox ölüm halının olmağı nəyinsə düzgün getmədiyini göstərir”- Redinq Universitetinin Hidrologiya üzrə Professoru Hanna Klok bildirib.

“Bu çox böyük tufan idi... Biz bunu əvvəldən güclü yağışın olacağını  bilirdik amma xəbərdarlıqlarımız insanlara çatmadı (vaxtında)-Klok əlavə edib. O, həmçinin həyatını risk atan xilasedicilərin də təlimatlandırılmadığından şikayətlənib..

Son həftələr ərzində bir neçə Avropa ölkəsi dağıdıcı və ölümcül sellərdən əziyyət çəkib. Yunanıstan, Belçika və Almaniyada baş verən sellər isə bir neçə ildir davam edən ekstremal hava şəraitlərinin artan təhlükəsinə dair bu ölkələr üçün xəbərdarlıq rolunu oynadı. 

İspaniyada baş verən bu seldə İqlim dəyişiklikliyinin rolu hələ ki ölçülməyib.Amma alimlər açıqlayır ki, istiləşmə bu cür fəlakətlərin əsas faktoru olur. Aralıq Dənizinin tempraturu Avqust ayında rekorda imza atdı. Bu isə öz növbəsində buxarlaşmanı artırdı ki, yağıntının çoxluğu buludların çoxluğu ilə bağlıdır.

“Şübhəsiz ki,körfəz daşqınlarının intensivliyinin əsas səbəbi iqlim dəyişikliyidir”-London İmper Kollecinin “iqlim dəyişikliyinin ekstremal hava fenomenlərinə təsiri” mövzusundakı araşdırma qrupunun rəhbəri Friderike Otto deyir. 

Qəzaya uğrayan qəza xidmətləri

İkinci gün Madriddə yaşayan dövlət qulluüşusu Mariya krespo Valensiya yaxınlığındakı Alfafarada yaşayan ailəsinə xəbər almaq üçün zəng edir. Məlum olur ki,ailəsi təhlükə haqqında sms xəbərdarlığı sel onların evinə yaxınlaşanda alıb.
Krespo deyir ki, saat 21:30 radələrində bacısıyla telefon vasitəsilə danışanda bacısı onu inandırmağa çalışıb ki, yağəş yağmır və hər şey qaydasındadır. Amma yarı saata o, panika içində geri zəng edib ki,  adi vaxtda quru olan Turiya çayının yatağından çıxan su evin içindən keçib və onlar qurşağa qədər suyun içindədirlər.

“Mobil telefonlarının enerjisi bitənə, səhər saat 4-ə qədəronlar mənə dedilər ki, gecəni evin damında keçirəcəklər, çünki evləri tamamilə suyun altındadır.”.- Krespo deyib.

 Kömək üçün müraciət edən sakinlər tezliklə başa düşdülər ki, onlara ancaq özləri kömək edə bilər. Telefon şəbəkələri axşamçağı sıradan çıxdı, fövqəladə hallar üzrə regional yardım xidmətinin telefonları o qədər yükləndi ki, 112 telefon xətti faktiki olaraq çökdü.

Avroparlamentin Valensiya şəhəri üzrə deputatı, sosioloq Sandra Qomes deyir ki, onun müəllim olan həyat yoldaşını çərşənbə axşamı axşam saatlarında məktəbə çağırıblar. Çünki yerli hakimiyyət vaxtında həyəcan siqnalı verib dərsləri təxirə salmayıblar. Sms xəbərdarlıq onun telefonuna çatanda həyat yoldaşı zəng edib ona deyib ki  o, su basmış avtomagistralda tələdədir və su onun belinə qədər çatıb.

Onun sözlərinə görə ərinin bəxti gətirib ki, su daha yüksəyə çatana qədər qurtula bilib.

Həmkarlar İttifaqları dövləti hava proqnozuna baxmayaraq işçilərini işə çağıran şirkətlər haqqında araşdırma başlamağa çağırıb.

. “Siyasi Məsuliyyət”

Madriddəki solçu siyasətçilər parlamentdə Valensiyanın sağ-mərkəzçi Prezidenti Karlos Masonu günahlandırıb. Çünki o işçilərə evdə qalmağı tapşırmayıb ki,yerli orqanlar və obyektlər işləsinlər. Həmçinin Mason höküməti Fövqəladə hallarda çevik müdaxilə və koordinasiya qura bilən  Fövqəladə Hallar üzrə bölmələrin Valensiyadakı hissələrininvə operativ müdaxilə üzrə elit güclərin likvidasiyasına görə tənqid olunub.  Jurnalistlər vurğulayır ki, Fövqəladə  Hallar üzrə Koordinasiya Mərkəzi ancaq 17:00 radələrində toplana bilib.

 “Bu faciənin arxasında siyasi məsuliyyət yatır” “Kataloniya Sol Respublikaçılar” partiyasının deputatı Qabriel Rufian bildirib. “Bəlkə də Tufan qaçılmaz idi, amma fəlakət qurbanlarının bir çoxu işə getməyə məcbur olduğu, qalanı isə xilasedicilik xidmətinin təminatsızlığına görə ölüb”.

Ekspertlər Valensiya vilayətindəki şəhərlərində nəzarətsiz böyüməyini də fəlakətin miqyasını artıran faktor kimi qiymətləndirir. Onların fikrincə, asfalt yollar yağış suları üçün kanal yolunu oynayır ki, bu kanallarda sürətlənən sel daha dağıdıcı təsir yaradıb.
“İqlim dəyişikliyi bu təbii fəlakətin miqyasında həlledici rol oynayır”-geoloq  Coan Eskuer ispan radiosunda çıxışı zamanı deyib. “Amma xüsusi riskli ərazilərdə infrastruktur yaradıb əhaliyə riskli zonada məskunlaşmağa icazə verməsydik, nəticələr bu qədər ağır olmazdı”.

 İtkilər haqqındakı drammatik statistika məhz Ursula fon der Layenin “Avropa İttifaqının müharibələrdən,ekstremal hava şəraitlərinə qədər istənilən böhranı həll etmək bacarığını necə artırmaq olar” mövzusundakı hesabatından qabaq yayımlandı.

“Hazırlıqlı olmaq bizim bütün hərəkətlərimizin əsas məntiqi olmalıdır” deyən  fon der Layen  İspaniyaya fəlakətin nəticələrini aradan qaldırmağa kömək edəcəklərinə də söz verib.

Fon der Layen Kommissiyaya avropalıların ekstremal hava fenomenlərindən müdafiəsi kontekstində çoxşaxəli plan hazırlaması xahişi ilə müraciət edib.

Bu, İspaniyanın boşalmış regionları üçün çox gec olacaq.Çərşənbə günü günorta tufan yolunu cənuba doğru dəyişib. AEMET Kadis regionu üçün “Qırmızı Xəbərdarlıq” elan edib.

“Biz sayıqlığımızı itirə bilmərik”- AEMET rəsmisi Ruben Del Kampo vurğulayıb. “ Kadisdəki vəziyyət istisnadır”

Mənbə: Politico

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı