Strammer Tramp Təhdidinə Rəğmən Dünyanı Xilas Edə Biləcək? Analitik Baxış

Analitika 12:32 17.11.2024

Dünyanın hər yerində mütərəqqi insanlar populizmin artan dalğası qarşısında geri çəkildikcə, mərkəz-solçular üçünbir nəfər böyük ümid olaraq qalır. Bu, Keir Starmerdir. Bu mənada Böyük Britaniyanın baş nazirini, müqavimət hərəkatının lideri kimi təsəvvür etmək olar.

Leyboristlər Partiyasının lideri G20 aparıcı iqtisadiyyatlarının son görüşünə ən nüfuzlu sol-mərkəzçi siyasətçi kimi gəlir. O, zirvə toplantısında iştirak edir, burada müzakirələr əsasən iqtisadiyyatların, Ukraynanın və iqlim tədbirlərinin Donald Trampın Ağ Evdə növbəti dönəmindən necə qorunacağı barədə olacaq.

Yəqin ki,Braziliyadakı görüş Co Baydenin dünya səhnəsində son çıxışı olacaq, Almaniya kansleri Olaf Şoltsun hökuməti demək olar ki, çöküb, Fransada ifrat sağ qüvvələr yüksəlişdədir, Kanadada Castin Trudonun liberalları mövqelərini itirir, və sorğular Avstraliyada Entoni Albanizenin də oxşar tale ilə üzləşəcəyini proqnozlaşdırır.

Proqressivlər indi ümid edirlər ki, Kir Starmer Böyük Britaniyanın Ağ Ev ilə münasibətlərini korlamadan ən kövrək balansı qorumasını tələb etsədə, Trampın beynəlxalq əlaqələrə aid olan məsələlərdəki ən qaranlıq və xaotik instinktlərini cilovlaya biləcək.

"Liberal demokratiya böyük təhlükə altındadır," –“Third Way” analitik mərkəzinin icraçı vitse-prezidenti Mett Bennett bildirib. O, iddia edir ki, bir çox demokratlar artıq "əlil ördəklər" vəziyyətindədir, çünki Tramp Rusiyada Vladimir Putinə, Çində Si Cinpinqə və Hindistanda Narendra Modiyə qoşularaq "böyük ölkələr, ordular və iqtisadiyyatlara nəzarət edən sağçı avtokratlar" sırasına daxil olur.

"Bu, Kira Starmeri demək olar ki, demokratiyaya sadiq olan güclü bir ölkənin lideri kimi təkbaşına qoyur. Bu, ciddi məsuliyyətdir," - Bennett qeyd edib.

"Böyük Britaniya sağçı populizmin yürüşünə qarşı dayaq ola bilər. O, lazım olanda Trampa qarşı çıxmalı və dünyaya bunu etməyin yolunu göstərməlidir. Lakin bu mübarizədə o, tək olacaq."

Sonuncu demokrat
Starmer yaxşı başa düşür ki, özünü onun təbii qlobal müttəfiqləri adlandıran qüvvələr də onu qarabaqara izləyir.

Onun iyul ayında hakimiyyətə gəlməsi cəmiyyətin mühafizəkarlardan 14 illik idarəetmədən sonra kütləvi şəkildə narazılığı fonunda Naycel Farajın Böyük Britaniyanın İslahat Partiyasının sağçı səsləri bölməsi nəticəsində mümkün olub.

Dünya liderləri Trampın adını mənfi şəkildə çəkməmək üçün hər cür səy göstərəcəklər, amma aydındır ki, o, Rioda mühüm rol oynayacaq.

Onlar Ukraynadakı ağır müharibənin 1000-ci gününə çatdığı bir vaxtda çərşənbə axşamı G20 sammitində iştirak edəcəklər. Dauninq-strit bildirib ki, Starmer sammitdən müttəfiqləri ya "dəstəklərini artırmağa çağırmaq", ya da "Putin qalib gəldiyi təqdirdə təsəvvür edilməz nəticələrlə üzləşəcəkləri" barədə xəbərdar etmək üçün istifadə edəcək. Baş nazir, həmçinin, iqtisadi əməkdaşlıq və iqlim böhranını da müzakirələrinin mərkəzinə qoyacaq.

Rioya uçuş zamanı POLITICO-nun sualına cavab verən Starmer vurğulayıb ki, Trampın seçilməsi ətraf mühit üçün həlledici bir məqam deyil, iqlim dəyişikliyinə qarşı mübarizəni isə "hər birimizin iştirak etməli olduğu vəzifə" və böyük iqtisadi imkan adlandırıb.

Starmer, həmçinin, The Telegraph-ın məlumatına görə, Trampın 20 yanvarda baş tutacaq andiçmə mərasimindən əvvəl Ukraynaya 20 milyard dollarlıq kredit verilməsi üçün Baydenlə ikitərəfli görüş keçirməyə çalışacaq. Gözlənilir ki, baş nazir Kiyevə uzaqmənzilli Storm Shadow raketlərini Rusiya ərazisinin dərinliklərinə buraxmaq üçün icazə almağa da cəhd göstərəcək.

Lakin səlahiyyət müddətini başa vurmaqda olan prezidentin "əlil ördək" dövründə atdığı addımlar uzun müddət  dünyanı Trampdan qoruya bilməyəcəklər.

Böyük Britaniyanın nazirlərindən biri Böyük Britaniyanın yeni seçilmiş prezidentin fikirlərinə təsir göstərmək üçün tam potensiala malik olduğunu iddia edib.

"O, Britaniyanı sevir, onun anası Lyuisdən gəlib və  burda onun şəxsi qolf sahələri var," deyə yüksək vəzifəli nazir bildirib. Britaniyanın Avropadakı qonşuları – Fransa və Almaniya barədə danışarkən, Starmerin müttəfiqi Tramp haqqında belə deyib: "Onun Avropadakılarla  əlaqələri yoxdur."

Lakin hətta ən sıx dostluq dövrlərində də Britaniya təkbaşına dünya supergücünü formalaşdırmaq üçün çox iş görə bilməz – qaldı ki, sükan arxasında belə dəyişkən və proteksionist biri olduğu bir zamanda. Starmer, çox güman ki, dünyada ümumi maraq doğuran məsələlər üzrə müxtəlif sahələrdən liderlərlə qarışıq alyanslar formalaşdırmağa çalışacaq.

"Keir Starmeri bu mübarizədə  tək hesab etmirəm" –Progressive Policy Institute-un rəhbəri Kler Eynsli bildirib.

Starmerin keçmiş müşaviri Eynsli iddia edir ki, Böyük Britaniyanın həm sağ mərkəzdə, həm də sol mərkəzdə müttəfiqləri var. Onlar da iqlim böhranını yumşaltmaq və Ukraynanı müdafiə etmək istəyirlər, buna görə də "söhbət hər ölkənin strateji milli maraqlarına uyğun olan praqmatik və real siyasətdən gedir”. 

"Və siz onu ən gözlənilməz yerlərdə tapa bilərsiniz," – deyə o əlavə edib.

Argentinanın prezidenti Xavyer Milei, əlinə mişar almış libertarian ola bilər, amma o, Ukraynanın qətiyyətli tərəfdarıdır. Braziliyalı Luiz İnasio Lula da Silva isə Böyük Britaniya tərəfindən Rusiyaya çox yaxın olduğu düşünülə bilər, lakin o, iqlim dəyişikliyinə qarşı mübarizəni prioritet elan edib. İtalyan Corcia Meloni uzaq sağçı ola bilər, lakin Starmer onu qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə müttəfiq kimi görür.

Yeni dünya nizam(sızlığ)ı
Tramp ilə ölkə daxilində yaxınlaşmaq daha çətindir.

Tramp Böyük Britaniyada son dərəcə qeyri-populyardır — YouGov-un 5 noyabr seçkilərindən sonrakı gün keçirdiyi sorğu göstərib ki, britaniyalıların 57 faizi nəticədən narazıdır, yalnız 20 faizi məmnun qalıb. Leyborist tərəfdarları isə Trampa qarşı çıxanlar arasında ən ehtimallı qruplar arasında olub.

Tramp son prezidentliyi dövründə Böyük Britaniyaya səfər edəndə, britaniyalılar kütləvi şəkildə küçələrə çıxmışdılar. Həmin vaxt müxalifətdə olan bir çox leyborist deputatlar, o cümlədən indiki xarici işlər naziri David Lammi, respublikaçılarla bağlılığı çətinləşdirən ifadələri ilə öz narazılıqlarını tvitlə ifadə etməkdən zövq alırdılar.

ABŞ  Xarici Əlaqələr Komitəsinin sabiq sədri, demokrat senator Ben Kardin, leyboristlərin qələbəsini "işçi sinifinə qayğı göstərən hökumətə doğru bir addım" kimi alqışladı və sağçı populist üsyan tendensiyasına qarşı çıxmağın vacibliyini vurğuladı.

Lakin Londona səfəri zamanı POLITICO-ya danışan Kardin xəbərdarlıq etdi ki, demokratlar həyat səviyyəsi və immiqrasiya məsələlərində ənənəvi olaraq partiyalarını dəstəkləyən seçicilərlə əlaqə qurmaqda uğursuz oldular. O, Starmerə xəbərdarlıq edərək, leyboristlərin mövqelərini  daha uğurlu müdafiəsini təşkil etməli olduğunu bildirmişdi.

"Mən sizin dəyərlərinizdən imtina etməzdim," –Kardin əlavə edib.

Müttəfiqlər qazanmaq
Böyük Britaniyanın Baş naziri artıq bilir ki, Tramp şəxsi ünsiyyətə verir. Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Karen Pirsin köməyi ilə Starmer, qələbəsindən sonra Tramp ilə telefon danışığına nail olan ilk dünya liderlərindən biri oldu və ona "səmimi təbriklərini" çatdırdı. O, həmçinin Trampın ilk sui-qəsd cəhdindən qısa müddət sonra onunla telefon danışığına nail olan azsaylı xarici liderlərdən biri idi.

"Starmer onun üzərində müəyyən təsir göstərməyə çalışmalıdır," – deyə başqa naziri Starmerin Tramp ilə gələcək münasibətləri barədə narahatlığını ifadə edib.

Parlamentdəki həmkarlarının "yetkin" olmalı və Ağ Ev ilə 10 nömrəli ev arasında davamlı dialoqun vacibliyini qəbul etməli olduqlarını əsaslandıran nazir deyib: "Mən müxtəlif insanlarla görüşlər keçirmişəm ki, onlarla görüşmək istəməzdim, lakin bu, idarəetmənin bir hissəsidir."

Starmer, həmçinin, Brexit-dən sonra zərər çəkmiş əlaqələri bərpa etmək məqsədilə Avropa ilə əlaqələrin qurulmasında daha irəli getmək istədiyini göstərir. Bu, onun Makronla son yüksək səviyyəli səfərində özünü göstərdi. "Bu, məsələnin hansı istiqamətə getdiyi barədə pozitiv təsəvvür yaradır," – deyə nazir Paris səfəri barədə qeyd edib.

Donald

Starmer, Trampın mövqeyi ilə bağlı suala cavab verərkən, indiyədək öz gündəliyinə əsaslanıb. O, Böyük Britaniyanın Ukraynaya qətiyyətli dəstəyini və iqlim böhranına qarşı mübarizədəki təcrübəsini vurğulayıb.

Bakıda keçirilən sammiti bir çox beynəlxalq müttəfiqlərin etdiyi kimi görməzdən gəlmək əvəzinə, Starmer ətraf mühitin mühafizəsi sahəsində liderlik nümayiş etdirməyə çalışıb. O, 2035-ci ilə qədər karbon emissiyalarını daha da cəsarətli şəkildə azaltmaq məqsədini elan edib və bu, Trampın yanaşmasından kəskin fərqlənir.

Lakin Trampın xoşuna gəlmək üçün nəzərdə tutulan addımlar da atılacaq. NATO müttəfiqlərini xərclərdən geri qalmaqda tənqid edən Trampı izləyən Starmer, yazda Böyük Britaniyanın müdafiə xərclərini ÜDM-in 2,5 faizinə qədər artırmaq üçün qrafik təyin edəcək.

Starmerin əlindəki başqa bir vasitə isə "Donald"ın zədələnmiş eqosuna Böyük Britaniya kral ailəsinə olan yüksək hörməti vasitəsilə müraciət etməkdir.

Trampın son səfərləri üzərində işləyən keçmiş Böyük Britaniya hökumət rəsmisi deyib: "Onu [mərhum] kraliça [II Elizabet] xaricində heç nə ilə maraqlandıra bilməzdik".

Çox az adam Britaniyanın Trampın qlobal təsirini zəiflətmək cəhdlərinin hamar keçəcəyinə ümid bəsləyir — xüsusilə də onun X şirkətinin rəhbəri İlon Mask ilə yeni ittifaqını nəzərə alaraq. Mask açıq şəkildə Starmer hökumətinə qarşıdır və leyboristlərin siyasi platforması respublikaçılardan əhəmiyyətli dərəcədə fərqlənir.

Starmerin rəhbərliyi altında Britaniya həmçinin Trampın əsas düşməni olan Çin ilə yeni əlaqələr qurmağa çalışır. Starmer altı ildən çox müddətdən sonra Britaniya baş naziri üçün Çin sədri Si Cinpin ilə ilk ikitərəfli görüşünü bazar ertəsi Rio-de-Janeyroda, keçirəcək.

"Lakin müdafiə və təhlükəsizlik məsələlərində, əgər seçim ABŞ ilə Çin arasında qalırsa — bu seçim deyil," – deyə nazirlər kabinetinin üzvü qeyd edib və iki ölkənin bu sahələrdə nə qədər sıx bağlı olduğunu vurğulayıb.

Atəşfəşanlıq fonunda drama
Trampın prezidentliyi dövründə " Atəşfəşanlıq fonunda drama" olacağını qəbul edirlər, lakin hökumət "ritorika ilə reallıq" arasındakı fərqi nəzərə almalıdır.
Düzdür, ritorika güclü təsir göstərə bilər. Pol Harrison, Trampın Tereza Meyin Böyük Britaniya ilə ABŞ arasında ticarət razılaşmasını "məhv edəcəyi" barədə provokativ açıqlamalar verdiyi Sun qəzetinə müsahibə zamanı baş nazirin mətbuat katibi idi. Bu müsahibə, Trampın Böyük Britaniyaya səfəri ərəfəsində yayımlanmışdı. Buna baxmayaraq, Harrison hesab edir ki, Trampı fikrindən daşındırmaq mümkündür. Buna sübut kimi, prezident və baş nazirin həmin hadisədən qısa müddət sonra görüşəndən sonra Trampın mövqeyini dəyişməsi göstərilə bilər.

"Onu inandırmaq çətindir və bunu çox ehtiyatla etmək lazımdır," –Harrison bildirib. Starmerin isə "bir neçə kartı var ki, onları oynaya bilər."

Birincisi, Tramp "siyasi gücü" hörmətlə qarşılayır. İyul ayında Starmer İcmalar Palatasında böyük əksəriyyət qazanıb və 2029-cu ilin avqustuna – növbəti prezident seçkilərindən bir il sonraya qədər yeni seçkilər keçirməyə məcbur deyil.

"Hadisələrin Trampa siyasi rolda necə təsir edəcəyini qiymətləndirmək bacarığı faydalıdır, buna görə də demək olar ki, bizim fikrimizcə, siyasi məqsədləriniz bu alternativ fəaliyyət yolu ilə daha rahat əldə edilə bilər," – deyə Harrison bildirib.

Leyboristlər bu məsləhətə əməl edirmiş kimi görünür, hətta bəzi leyboristlər Starmeri Trampa Ukraynada Putinə açıq-aşkar qələbə qazandırmağın zəiflik kimi görünəcəyinə inandırmağa çağırır.

"İndi hər şey Donald Trampı necə razı salacağımızdan asılıdır," –millət vəkili bildirib. "Biz onu inandırmalıyıq ki, o, təslimiyyətə icazə verən şəxs ola bilməz."

Heç kim Starmerin buna  nail olacağını düşünmür, amma  Trampı bir az da olsa, yumşalda bilsə, buna görə ona minnətdar olacaq xeyli insan var.

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı