Suriyadakı türkmənləri nə gözləyir?

Analitika 13:15 13.12.2024

"Ərəb baharı"ndan sonra Suriyada hakimiyyəti qorumaq üçün Əsəd rejiminin 13 il davam etdirdiyi vətəndaş müharibəsi Yaxın Şərq, o cümlədən digər regionlara da ciddi təsir göstərdi. Dekabrın 8-i də güclənən müxalif üsyanları 61 ildir hakimiyyəti güc yolu ilə saxlayan Əsəd rejimini çökdürdü. Hakimiyyətin dəyişməsi bir sıra proseslərin inkişafına da ciddi təsir edəcəyi gözlənilir.

Mədəniyyətin beşiyi hesab edilən, ilk sivilizasiyanın yarandığı Suriya torpaqlarında – Mesopotemiya ilə sıx ticari və mədəni əlaqələri olan Azərbaycanın mədəni irsinə məxsus müxtəlif resurs və mənbələrin necə qoruduğu, bundan sonra prosesin necə tənzimlənəcəyi də sual yaradır.

EDnews xəbər verir ki, Modern.az mövzu ilə bağlı Yaxın Şərq və dini mövzular haqqında yazan jurnalist Kənan Rövşənoğlu ilə həmsöhbət olub.

“Suriyada Azərbaycana aid əsas abidə Hələb şəhərində yerləşən şair Nəsiminin məzarı idi. Məzar hələ Bəşər Əsəd rejimi zamanı dövlət tərəfindən qorunurdu, məzarlıq Nəsimi adına küçədə yerləşir. Məzarlığa Nəsimi soyundan olan bir şəxs də nəzarət edirdi. Suriyada yaşayan sayları 1 milyondan çox türkmənlər də dil - ləhcə olaraq bizə daha yaxın Qaraqoyunlu, Avşar və digər oğuz türkmənləri idi. Onların kəndləri dağılmışdı, bir qismi də xaricə, əsasən də Türkiyəyə köçmək məcburiyyətində qalıb. Amma əhalinin əhəmiyyətli hissəsi hələ də ordadır. Bizim üçün əhəmiyyətli olan Suriyada sabitlik və təhlükəsizliyin tezliklə bərpa edilməsi, həmçinin yeni hökumətin qurulması, konstitusiyanın qəbul olunması və beləliklə keçid dövrünün baş verməsidir.  Bu proses nə qədər sürətli və ağrısız olarsa, bütövlükdə Suriya və oradakı xalqlar üçün əlverişli olacaq”.
 Müxaliflərin hakimiyyəti ələ alması nəticəsində proseslərin hansı istiqamətdə irəliləyəcəyi mövzusuna da toxunan ekspert bildirib ki, hələlik ciddi problem olmasa da müxalifətin bu prosesi necə aparacağını zaman göstərəcək.

"Bunun üçün indidən vaxt təyin etmək, müddət qoymaq doğru olmaz. Yaşayıb görəcəyik. Hələlik cənubda İsrail ordusunun Suriya ərazilərini ələ keçirməsi müşahidə olunur, şimal-şərqdə isə kürd qrupları müstəqil fəaliyyət göstərir. Bundan başqa, daxildəki müxtəlif ideya və ideologiyalara mənsub müxalifətin ortaq düşmən olan Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra birliyi qoruyub saxlaması lazım olacaq”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
Azərbaycanın sosial sahədə e-xidmətlərlə bağlı təcrübəsi Sinqapurda nümunə kimi təqdim edilib
11:33 13.05.2025
İlk dəfə hokkey üzrə turnirdə iştirak edən Azərbaycan komandası üçüncü yeri tutub
11:31 13.05.2025
Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
11:21 13.05.2025
ChatGPT yeniləndi - Bu funksiyalar istifadəyə verildi
11:12 13.05.2025
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
11:09 13.05.2025
"Roma" A Seriyasında 19 oyun sonra məğlub olub
11:05 13.05.2025
"BMT-də geniş struktur islahatlarına başlanılır"
11:03 13.05.2025
“İRS” jurnalının italyan dilində növbəti nömrəsi nəşr edilib
11:00 13.05.2025
“Sabah” qəzeti PKK-nın tərksilah edilməsinin yol xəritəsini açıqlayıb
10:56 13.05.2025
Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
10:52 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Hamısı