İran Gürcüstan azərbaycanlıları arasında şübhəli işlər görür...

Analitika 20:05 13.12.2024

Qonşu İranın bölgədə tutduğu mövqenin necə olduğunu, xüsusən də Azərbaycana  və azərbaycanlılara münasibətini bilirik. Son illərin hadisələri göstərir ki, molla rejiminin hədəfi təkcə Azərbaycan Respublikasının daxilində öz nüfuz dairəsini genişləndirmək, təxribatlarla, bölücülüklə məşğul olmaq deyil, eyni zamanda da azərbaycalıların kompakt yaşadığı digər ölkələrin ərazilərinə sızmağı, öz ideologiyasını soydaşlarımız arasında yaymağı əsas xətt olaraq götürüb. 

İllərdir eşidirik, son zamanlar tez-tez məlumat alırıq, sosial şəbəkələrdə də yayılır ki, İran Gürcüstanda yaşayan azərbaycanlıların içinə nüfuz etməyə başlayıb, azərbaycanlıların kompakt yaşadığı rayonlarda müxtəlif istiqamətlərdə ideoloji-siyasi işlər aparır, din pərdəsi altında öz siyasətini orada yeritmək istəyir. Azərbaycanlılar yaşayan rayon və kəndlərdə məscidlər açır, eyni zamanda azərbaycanlı uşaqları aparıb Qumda oxudur. Məlumatlara görə, onlara orada dərslə yanaşı təlimlər də keçilir. Sosial şəbəkələrdə yazılanlara görə, İran eyni zamanda azərbaycanlılar arasında məzhəb bölücülüyünə yol açan siyasət aparır.

Bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir ki, İranın təsiri aradan çıxsın? Bu, soydaşlarımızın həyatı üçün də problemlər yaradır, onlar müəyyən işlərə təşviq edilə bilərlər. Bu təhlükəli vəziyyətə qarşı nə etmək lazımdır? İranın məqsədi nədir ki, Gürcüstana qədər gedib çıxıb, orada soydaşlarımız arasında təbliğat aparır?

“Hesab edirəm ki, onlar bu məqsədlərinə də nail ola bilməyəcəklər”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə şərhində “Bəli, son illər Gürcüstanda olan boşluqdan istifadə edən İran-molla rejimi öz emissarlarını bu ölkənin   azərbaycanlılar yaşayan yerlərinə, xüsusilə də Marneuli ərazisinə göndərərək, orda əhalinin çətin vəziyyətdə yaşamasından istifadə edərək dini mövhumatı yaymağa başladı. Demək olar ki, o rayonun hər bir kəndində İranın maliyyə dəstəyi ilə məscidlər açıldı, şiəlik geniş yayılmağa başladı. Gənclər arasından seçdikləri şəxsləri oxumaq üçün Quma göndərdilər və böyük əksəriyyəti təhsil alıb geri qayıtsa da, gəlməyib orada qalanlar, Suriyada döyüşlərdə iştirak edənlər də var. Bilirik ki, Qum şəhərində təkcə dini təhsil verilmir, orada həm də gənclərin beyinləri yuyulur. Orda onlara ifrat dərəcədə dini mövhumat aşılanır və o gənclər gələcəkdə İran üçün canlarından keçməyə hazır olan əsgərlərdir, fədailərdir, döyüşən qüvvələrdir. Yəni İran belə adamları seçib aparıb hazırlayıb, yenidən Gürcüstana gətiriblər. Təbii ki, buna çox böyük maliyyə vəsaitləri ayrılır. 

Gürcüstandan, xüsusilə də Marneuli rayonundan tarixən çox böyük alimlər, dövlət xadimləri çıxıb, orda elmə, təhsilə xüsusi önəm verilib. Amma bu gün nə görürük? Təsəvvür edin ki, dini ayinlər, əsasən də “şaxsey-vaxsey” zamanı Marneulinin mərkəzi küçələri bağlanır, gənclərin, əhalinin müəyyən bir qismi “şaxsey-vaxsey” deyə-deyə gedir, önlərində İran mollaları, yanlarında da Marneulidə rəhbər vəzifədə işləyən şəxslər gedir. Hətta Gürcüstan parlamentinin üzvləri də buna qoşulur və guya özləri xalqın içindədirlər kimi təsəvvür yaradıb bu ziyanlı işləri yayırlar. Bu çox acınacaqlı və ürəkağrıdıcı bir məsələdir. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti buna müvafiq qaydada diqqət yetirməlidir. Hiss edirəm ki, artıq son iki ildə vəziyyət müəyyən mənada dəyişilir, qaragüruhçuların fəaliyyətinin qarşısı alınır, mövhumat yayanlara qarşı Gürcüstan hökuməti tədbirlər görür”.

E.Həsənov İranın Gürcüstan azərbaycanlıları arasında apardığı neqativ siyasətin məqsədinə də münasibət bildirdi: “İranın məqsədi tam aydındır. Bu gün İranın həm Livanda, həm Fələstində, həm Suriyada proksi qüvvələri var. İran indi də həmin o proksi qüvvələrini Gürcüstanda yaratmaq istəyir, bu səbəbdən də azərbaycanlıların kompakt yaşadıqları yerləri seçiblər. İran bunu Azərbaycanda yarada bilmədi. Azərbaycanda onların tərəfdarları var, amma biz bu prosesin qarşısını vaxtında aldıq, ona görə də bizim ölkədə kök sala bilmədilər. 

İran Gürcüstanda olan boşluqdan istifadə edib həmin proksi qüvvələri orada yaradır ki, gələcəkdə nəyəsə nail olsun. Yəni hansısa bir məsələ qalxanda onlardan “mücahid” kimi istifadə etsinlər. Ancaq hesab edirəm ki, onlar bu məqsədlərinə də nail ola bilməyəcəklər”. 

Siyasi ekspert vurğuladı ki, bizim apardığımız işlər kimi, Gürcüstan hökuməti də bu istiqamətdə müvafiq işlər aparır: “Hesab edirəm ki, İranın Gürcüstanda apardığı iş yaxın zamanlarda dayanacaq. Bizim oradakı soydaşlarımız XXI əsrə, inkişafa öz töhfələrini verəcəklər”.    

E.Həsənovun sözlərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyi də orda çox böyük maarifləndirmə işləri aparır, azərbaycanlılara dəstək olur, azərbaycanlıların kompakt yaşadıqları yerlərdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün SOCAR xəttilə mühüm işlər görülür, kəndlərin qazlaşdırlması, yolların asvaltlaşdırılması, bəzi yerlərdə idman mərkəzlərinin tikilməsi, bağçaların tikilməsi həyata keçirilir. “Bütün bunlar təbii ki, həmin o qaragüruh qüvvələrin qarşısının alınması üçün görülən tədbirlərdir. Bu tədbirləri daha da genişləndirmək lazımdır. Bu gün ürəkaçıcı məqamlardan biri odur ki, Gürcüstan dövlət universitetlərində azərbaycanlı gənclər ali təhsil alır. Təsəvvür edin ki, orda hüquq, tibb, mühəndislik, pedaqoji və sair ixtisaslar üzrə yaxşı oxuyan azərbaycanlı tələbələr var. Onlar həm də gürcü cəmiyyətinə inteqrasiya etmək üçün həm gürcü dilini gözəl bilirlər, həm də ingilis dilində təhsil alırlar. Mənim tanıdığım ailədən bir neçə uşaq var ki, Tibb Univetsitetini bitirib Tiflisdə klinikada çalışıblar, hazırda isə Almaniyada doktorantura təhsili alırlar. Belə məsələlərə baxanda adam sevinir. Bu gün ordakı azərbaycanlı gənclər arasında polis, prokurorluq orqanlarında işləyənlər var. Məsələn, gənc bir qızımız Gürcüstanda bölgə prokurorluğunda işləyir. Belələrinə bizim ümidlərimiz daha çoxdur, nəinki bu gün dini mövhumatı, dini qaragüruhu təbliğ edənlərə. Heç kim heç kimin dini inancına qəsd etmək, onu dini inancından döndərmək istəmir. Biz XXI əsrdə yaşayırıq, ancaq hesab edirəm ki, bu gün sinəsinə, başına döyüb meydanlarda, küçədə gəzənlər bizi millət kimi Gürcüstanda yaşayan xalqlar qarşısında utandırırlar. Bu mənada, fikrimcə, orda görülməli işlər var, çoxdur. Əsas da elmə, təhsilə ciddi fakir verməliyik, bu sahədə də Azərbaycan öz dəstəyini göstərir, SOCAR orada həm təhsil, həm sosial məsələlərin həlli sahəsində mühüm işlər görür. SOCAR orada ali məktəblərdə oxuyan tələbələrə təqaüd verir. Ona görə də hesab edirəm ki, getdikcə vəziyyət daha yaxşı olacaq. Çünki dini mövhumatla, o qaraguruhla gələcəyi qurmaq olmaz, gələcək ancaq elmdə və təhsildədir” - deyə E.Həsənov vurğuladı. 

Müəllif: İradə SARIYEVA

Mənbə: "Bakı Xəbər"

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı