Güclü iqtisadiyyatın sosial nəticələri: Azərbaycan modeli

Analitika 14:01 11.01.2025

Prezident İlham Əliyevin 2024-cü ilin iqtisadi yekunları ilə bağlı yerli telekanallara müsahibəsindəki açıqlamaları, Azərbaycanın iqtisadi modelinin davamlılığını və çevikliyini bir daha nümayiş etdirmişdir. Xüsusilə, qeyri-neft sektorunun sürətli inkişafı və ümumi daxili məhsulun artımı, ölkənin iqtisadi müstəqilliyinin daha da gücləndiyini göstərir. Qeyri-neft sektorunun 6 %-dən çox artımı, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq istiqamətində atılan addımların nəticəsidir. Qeyri-neft sənaye istehsalında qeydə alınan 7 %-lik artım isə bu tendensiyanın daha da gücləndiyini göstərir. Bu, Azərbaycanın iqtisadi siyasətinin neftdən asılılığı azaltmaq məqsədinə xidmət etdiyini təsdiqləyir.

Dövlət başçısı vurğuladı ki, neft hasilatında əvvəlki tənəzzülün sabitləşməsi, ÜDM-ə mənfi təsirlərin azaldılması baxımından vacibdir. Eyni zamanda, qeyri-neft sənaye istehsalının artırılması prioritet olaraq qalır və 4 %-dən çox artan ümumi daxili məhsul, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf tendensiyasını təsdiqləyir. Bu uğur, həm qeyri-neft sektorunun yüksəlişi, həm də neft sektorunda sabitliyin təmin edilməsi ilə bağlıdır.

Beləliklə, 2024-cü ildə əldə edilən uğurlar, Azərbaycan iqtisadiyyatının gələcəyə ümidlə baxmasına imkan verir. Qeyri-neft sektorunun daha da inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və innovasiyaların təşviqi ilə Azərbaycan iqtisadiyyatının daha da güclənəcəyinə ümid etmək olar.

Azərbaycanın iqtisadi siyasəti yalnız daxili inkişafla məhdudlaşmır. Ölkə, geosiyasi reallıqları nəzərə alaraq, iqtisadi resurslarını strateji məqsədlər üçün istifadə edir. Qarabağın bərpasına böyük vəsaitin ayrılması və bu prosesin effektiv icrası, Azərbaycanın inkişaf və sabitlik istiqamətində ciddi addımlar atdığını göstərir.

Qarabağın bərpası: Strateji prioritet

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkənin əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Bu məqsədlə 2021-ci ildən bu günədək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb. İşğaldan azad edilmiş ərazilərə böyük həcmdə maliyyə vəsaitlərinin səfərbər edilməsinə baxmayaraq, ötən il ərzində ölkənin valyuta ehtiyatları təqribən 5 milyard ABŞ dollardan çox artıb və bu göstərici 72 milyard ABŞ dollarına bərabərdir.

Bu, əhalisi 10 milyon olan ölkə üçün, çox böyük göstərici hesab edilir. Bu sabəbdən adambaşına düşən ehtiyatlara görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. Həmçinin ümumi daxili məhsulun xarici borca olan nisbətinə (7,2 %) görə də Azərbaycan dünyada liderlər sırasındadır. Valyuta ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir.

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə gəlincə, hazırda infrastruktur sahəsində yeni avtomobil yolları, 60 km-dən çox tunellər, dəmir yolları və körpülər tikilib, enerji təminatı sahəsində 30-dan çox su elektrik stansiyası istifadəyə verilib, su anbarları inşa edilir. Bununla yanaşı, 10 yaşayış məntəqəsinə 10 mindən çox keçmiş məcburi köçkün qaytarılıb, cari ildə isə daha 20-dən çox yaşayış məntəqəsinə köç nəzərdə tutulur.

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması üçün ən azı 4 milyard manat ayrılıb. Prezident İlham Əliyevin “Biz Qarabağı cənnətə çevirəcəyik” bəyanatı bu işlərin ardıcıl və sistemli şəkildə davam etdirildiyini göstərir.

Sosial siyasət: Rekord nəticələr

Azərbaycanda əhalinin sosial rifahının artırılması ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Prezidentin çıxışında diqqətə çatdırdığı əsas mesajlardan biri minimum əməkhaqqı və pensiyaların artımı ilə bağlı idi. Bu, əhalinin rifahını artırmaqla yanaşı, həm də iqtisadi resursların düzgün idarə olunduğunu göstərir. Hər bir sosial paketin tətbiqi həm də Azərbaycanın iqtisadi inkişaf tempinə paralel şəkildə həyata keçirilir.

Belə ki, son 6 ildə reallaşdırılan 4 sosial islahat paketi çərçivəsində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfəyə qədər artırılıb. Əmək bazarında şəffaflığın artırılması istiqamətində atılan addımlar nəticəsində hesabat dövrü ərzində əmək müqavilələrinin sayı 50 % artıb.

Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisi 41 %-ə çatıb. 2019-cü ilin göstərici ilə müqayisədə bu cür xərclərin həcmi 9,1 milyard manat və ya 2,2 dəfə artaraq bu il 16,9 milyard manata çatıb.

2025-ci ildə reallaşdırılacaq sosial islahat tədbirləri yanvarın 1-dən minimum əməkhaqqının 16 % artırılaraq 400 manata çatdırmağa imkan verdi. Təkcə minimum əməkhaqqı artımına uyğun olaraq 700 min nəfərə qədər işçinin maaşında artım baş verib.

 
Gələn ayın 1-dən isə minimum pensiyanın məbləği 14,3 % artaraq 320 manat təşkil edəcək. Beləliklə də 2018-ci ildən bu yana minimum əməkhaqqı 270 manat və ya 3,1 dəfə, minimum pensiya isə 210 manat və ya 2,9 dəfə artıb.

Bu istiqamətdə atılan növbəti mühüm addımlar dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının bu aydan etibarən orta hesabla 15 % artırılması, 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması oldu.

Bu ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla, ümumilikdə 3 milyon insanı əhatə edəcək. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu, əvvəlki islahat paketinə nisbətən 87 %-lik artım deməkdir. Beləliklə son 5 sosial islahat paketi üzrə sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin həcmi 7,6 milyard manata çatdırılıb.

Bu il əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 210 milyon 530 min manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da ötən ilki göstəricidən 11 %, 2018-ci ilin göstəricisindən 2 dəfə çoxdur. Yaşa görə orta aylıq pensiya bu il 571 manat həddində proqnozlaşdırılır. Bu 2018-ci ilin göstəricisindən 338 manat və ya 2,5 dəfə çoxdur.

 Azərbaycanın əmək bazarında daha ədalətli şəraitin yaradılması və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Bunlardan biri aylıq iş vaxtı norması ilə bağlıdır. Belə ki, bu aydan aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı minimum əməkhaqqından az ola bilməz.

Dövlət başçısının çıxışında “ədalət” anlayışı xüsusi vurğulandı. Prezidentin sözlərinə görə, cəmiyyətin bütün sahələrində, o cümlədən sosial siyasətdə ədalət prinsipi əsasdır. Bu yanaşma, insanların dövlət siyasətinə inamını artırmaqla yanaşı, cəmiyyətin hər bir üzvünün həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir.

Statistik təhlillər də onu göstərir ki, əhalinin sosial təminatının artırılması və layiqli rifah səviyyəsinin təmin olunmasına ilbəil daha mühüm əhəmiyyət verilməkdədir.

Beləliklə, iqtisadi imkanlar artdıqca, sosial sahəyə yönələn diqqət də paralel olaraq artırılacaq. Bu, həm əmək bazarının dinamikasını, həm də sosial təminat sisteminin dayanıqlığını gücləndirmək məqsədinə xidmət edir.

Nəticə etibarilə, Azərbaycanın sosial siyasət strategiyası yalnız cari ehtiyacları ödəməyə deyil, həm də gələcək üçün dayanıqlı sosial təminat sisteminin qurulmasına yönəlib. Dövlətin sosial siyasətinin ana xətti vətəndaşların rifahını artırmaqla bərabər, ədalət prinsiplərinin cəmiyyətdə möhkəmlənməsinə xidmət edir. Bu isə ölkədə sosial sabitlik və davamlı inkişaf üçün vacib zəmin yaradır.

Mənbə: "Report"

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı