Pentaqon rəsmisi Bakıya niyə gəlib? Ekspert rəyi

Analitika 15:30 01.11.2016
ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfər edib. O, Azərbaycana səfəri zamanı baş nazirin müavini, müdafiə və xarici işlər nazirləri ilə görüşüb. 
 
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün facebook səhifəsində Pentaqon rəsmisinin Azərbaycana gəlmə səbəbini şərh edib: 
 
"Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri zamanı ilk əvvəl müdafiə naziri Zakir Həsənovla görüşüb. Zakir Həsənov Maykl Karpenterə bölgədəki hərbi-siyasi vəziyyət və Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratması haqqında məlumat verib. Ayrıca cəbhə bölgəsindəki vəziyyətin mürəkkəb olması barədə bilgi verən Zakir Həsənov bundan sonra Azərbaycanla ABŞ arasındakı hərbi əməkdaşlıq məsələlərinə toxunub. Bu sırada daha çox Azərbaycan ordusunun Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışılıb.
 
Politoloq qeyd edir ki, öz növbəsində Maykl Karpenter də ABŞ hökümətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib.
 
E. Şahinoğluna görə, pentaqon rəsmisinin digər fikri də maraqlı idi: “Azərbaycan ordusu yüksək döyüş hazırlığına malikdir, ordunun şəxsi heyətin müasir və yeni silahlarla təchiz edilib və istənilən təhdidə çevik cavab vermək imkanına malikdir. Yəni amerikalı hərbçinin bu sözləri o deməkdirmi ki, Azərbaycan ordusu torpaqlarını işğal azad etməyə tam hazırdır? Böyük ehtimalla Pentaqon rəsmisi “Azərbaycan ordusu istənilən təhdidə cavab vermək iqtidarındadır” sözləri ilə işğal altındakı torpaqların güc yolu ilə azad edilməsini yox, şimal və ya cənub istiqamətlərindən gələn təhdidləri nəzərdə tutub."
 
Картинки по запросу elxan şahinoğlu
 
Siyasi ekspert bildirir ki, Maykl Karpenterlə Zakir Həsənov arasındakı görüşdə iki ölkə arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələlərinin müzakirəsi diqqət çəkib.
 
"Pentaqon rəsmisi Zakir Həsənovdan sonra xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü. Bu görüşdə də təxminən eyni mövzular müzakirə edildi. Bu iki görüşün nəticəsi olaraq Pentaqon rəsmisinin verdiyi açıqlamalar maraqlı idi. Maykl Karpenter dedi ki, Pentaqon Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirir: “Bizim Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. Biz terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə, kibertəhlükəsizlik, yəni təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Minnətdarıq ki, Azərbaycan dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərir. Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır. Bu ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün 60 milyon dollar vəsait sərf etmişik. Bizim bu sahədə dərin əməkdaşlığımız var” - deyə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri vurğulayır.
 
E. Şahinoğlunun sözlərinə görə, Pentaqon rəsmisinin indiki məqamda Azərbaycana səfərinin bir neçə səbəbi var:
 
"Birincisi, cəbhə bölgəsində vəziyyət gərgindir. Vaşinqton Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin təkrarlanmasını istəmir. Çünki, Vaşinqton anlayır ki, Cənubi Qafqazda yeni müharibə böyük dövlətləri bir-birinə qarşı-qarşıya qoyacaq. Onsuz da böyük dövlətlər arasında Ukrayna və Suriya ilə bağlı aralarında ciddi fikir ayrılıqları var, daha bir bölgədə növbəti müharibə bu gərginliyi bir az daha artıracaq. Ona görə də Pentaqon öz nümayəndəsini bölgəyə göndərməklə vəziyyəti yerindəcə təhlil etmək və tərəflərin mövqelərini müəyyənləşdirmək istəyir. Ən əsası odur ki, Vaşinqton Azərbaycanda sabitliyin pozulmasını istəmir. Əks halda bunun fəsadlarının Amerikanın maraqlarına da toxunacağını Vaşinqton anlayır.
 
İkincisi, ABŞ-da prezident seçkisindən sonra bir müddət hakimiyyət boşluğu yaşanacaq. Yeni seçilən prezidentin xarici siyasətdə fəallaşması vaxt aparacaq. Bu boşluqdan isə ABŞ-ın bölgədəki rəqibləri istifadə edə bilərlər. Ona görə də Amerikanın maraqlı olduğu bölgələrdə boşluq yaranmasın deyə Vaşinqton öz emissarlarını müxtəlif ölkələrə, o cümlədən Azərbaycana göndərir.
 
Üçüncüsü, Vaşinqtonu Rusiya-Azərbaycan hərbi əməkdaşlığı da narahat etməyə bilməz. Azərbaycan Rusiyadan silah alışına milyardlarla dollar pul xərcləyib. ABŞ Azərbaycana silah satmır. Bunun üçün Konqresin razılığı lazımdır. Belə bir razılığın əldə olunması mümkün deyil. Bu ABŞ-Azərbaycan hərbi əməkdaşlığına mane olan əsas faktordur. Ona görə də Pentaqon bunun əvəzinə Azərbaycanla digər sahələrdə hərbi əməkdaşlığını genişləndirmək istəyir. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, bu iki ölkə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Azərbaycan Rusiya ilə bəzi istisnalar xaricində birgə geniş tərkibli hərbi təlimlər keçirə bilməz. Bu faktor isə Pentaqonun işinə yarayır. Ona görə də ABŞ Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyi ilə birgə təlimlər keçirə, Azərbaycan ordusunun NATO standartlarına keçməsi üçün texniki yardım göstərə və bu məqsədlə hərbi mütəxəssislərini Bakıya göndərə bilər."
 
 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı