Xatirələrlə hörülmüş Əhmədli... - Oğuz Ayvaz yazır...

Yazarlar 17:00 18.12.2023

Həyatım iki hissəyə bölünüb: alışa bilmədiyim Hövsan və xatirələrlə hörülmüş Əhmədlim.

Bu iki qəsəbəni bir-birindən uzun, çöl yolu ayırır. Çöl yolundan boz dəniz görünür. Dalğalanan ləpirlər ürküdür məni. Bu yoldan hər dəfə keçəndə elə bilirəm ki, kimsə məni öldürəcək, yaxud xoşagəlməz bir hadisənin şahidi olacam.

Hövsanda olanda hər şeyi ağ-qara görürəm. Adamlar, maşınlar, ağaclar...  Gəzdiyim parklarda uşaqlar qaçışır, hərəkətləri tez-tez donur, anaların bağırtısı eşidilmir, küləyin səsi qulaqlarımda südsüz qalan küçüklər misalı zingildəyir. Qəsəbəyə alışmaq üçün gəzirəm, köhnəlmiş, yaddan çıxmış məkanlara üz tuturam. Mənə nəyisə xatırladan, hiss elətdirən adını bilmədiyim bir şey axtarıram. Tində, ara məhəllələrdə, vağzalda, adamların üzündə, bazarda mer-meyvə satanların səsində, amma heç nə tapa bilmirəm.

Əhmədliyə çatanda isə hər şey rənglənir, özünə qayıdır. 132 №-li avtobusdan düşən kimi qarşı küçədən əlində top, uşaqlığım üzərimə qaçır. Sısqa, zil qara saçlı uşaqlığım soruşur:

- Nə yaman kökəlmisən? Saçlarına nə olub? Bu, mənim gələcəyimdi?

Onun əlindən topunu alıram. Gözlərim yaşarır.

- Cavab ver, da. Niyə susmusan? Olmaya, 50 yaşın var?

- Gəl, yerimizi dəyişək. Mən sənin yerinə keçim, olar?

- Olmaz, sənin yerinə keçsəm, mamama nə deyərəm? O indilərdə məni çağıracaq. Həm də ki, sənin yerinə keçsəm, futboldan da ayrılmalı olacam.

- Oğuz, Oğuuuzzz.... Hardasan?

- Anam çağırır, getdim...

Oturduğum skamyadan kürəyimə kimsə toxunur:

- Oğuz, heyy...

- Nə yaxşı gəlmisən? Tanımadın? Mənəm də, Bəxtiyar əmin...

- Oğuz, heyy...

- Xoş gəlmisən, bala, köhnə məhəllənə. Tanımadın? Mənəm də, Solmaz xalan...

Əhmədlidə adamlar rəngli və tanışdı. Hər addımbaşı rastlaşıram. Üzlərində itmiş illərin izlərini görürəm. Gözlərində közərən işıq seli azalmış olsa belə.

Əhmədli - xatirələr diyarım, duyğularla ömrümə yazılmış qəsəbəm.

Əhmədli - parıldayan səhər günəşi kimi...

Boşluqda olan kimi Əhmədliyə qaçıram, anasının qucağına tələsən uşaq kimi. Əhmədli anamın qucağı kimi isti və mehribandır. Vunq Tau küçəsi yaşadığım, xəyal qurduğum, lopa qar dənəcikləri topladığım məhəlləm.

Yataqxana binasına keçirəm. Qoxu hələ də mövcudluğunu itirməyib. Üçüncü mərtəbə mənim qaldığım yerdir. Uzun, qaranlıq dəhliz. Parketləri sökülmüş, buz kimi daş döşəmə.

Qaranlığın içində divarlara toxunur, içimdəki duyğularla rəqs edən kimi oluram. Bir-bir qapıları nəzərdən keçirirəm. Nəsə, çatmır. Evlər çox səssiz-səmirsiz, qəbiristanlığı xatırladır. Qonşularımız, sərxoş işıqçı Qurban dayı, qeybətcil arvadlar, anam, sevdiyim qonşu qızı, uşaqlıq dostum... Onlar hanı? Hara gediblər? Hər şey büsbütün sükuta qərq olunub.

Dəhlizin ümumi eyvanında tozlanmış lampa diqqətimi çəkdi. O lapma ilk qorxumu xatırlatdı. Qəfil atamın həyəcanlı səsi eşidildi: "Qaçın, zəlzələdir!" Eyvanın kandarında balaca bir otaq da var. İlk dəfə qızla öpüşdüyüm, ürəyimin səsini aydın eşitdiyim kibrit boyda otaq.

Ağıllı telefonumun zəngli səsi cibimdən eşidilir. Qaranlıqda parıldayan süd işıqda belə yazılıb: "Hövsanlı usta Elvin". Getmək vaxtı çatıb. Hövsan məni səsləyir. Xatirələri rəfə qaldırmağın vaxtıdır. Yenidən uzun çöl yolu, bulanıq, ifadəsiz dəniz və küləyin uğultusu...

Ukrayna PUA-ları  Ryazanı viran qoydu - VİDEO

Xəbər xətti

"Husilər girov saxladıqları BMT əməkdaşlarını dərhal azad etməlidir"
14:32 25.01.2025
“Qurd qapanı bağlanır?” Tramp Qərbi Avropadan nə istəyir?
14:16 25.01.2025
Ərəblər Biləsuvarda nadir quşları ovlayırlar?
13:16 25.01.2025
“Rusiya KİV-ləri təyyarə qəzasının əsas mahiyyətini ört-basdır etməkdən çəkinməlidir”
12:51 25.01.2025
8 yaşlı "bəy"lə 13 yaşlı "gəlin"in toyu Rusiyanı ayağa qaldırdı
12:42 25.01.2025
İsrail daha 200 fələstinli girovu azad edəcək
12:38 25.01.2025
Qutierreş İrakli Kobaxidzeni təbrik etdi
12:18 25.01.2025
Filippin Cənubi Çin dənizindəki tədqiqatlarını dayandırır
12:04 25.01.2025
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
11:37 25.01.2025
Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalanır
11:33 25.01.2025
Kimyaterapiya keçirsinizsə, nardan uzaq durun"
10:43 25.01.2025
Pentaqonun yeni rəhbəri məlum oldu
10:42 25.01.2025
Rusiyalı döyüşçü UFC-dən kənarlaşdırıldı
10:25 25.01.2025
Azərbaycan beynəlxalq turizm sərgisinə qatılacaq
09:49 25.01.2025
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib
09:23 25.01.2025
Cənubi Koreya Prokurorluğu prezidentin həbsinin uzadılmasını təkrar istəyib
09:04 25.01.2025
Meksika ABŞ-dən gələn miqrantları qəbul etməyib
08:21 25.01.2025
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini dost hesab etmir
07:53 25.01.2025
ÜST Qəzza tibb müəssisələrinin enerji təchizatı üçün 70 min litr yanacaq çatdırıb
07:16 25.01.2025
ABŞ-dən Qvatemalaya qanunsuz miqrantların olduğu ilk təyyarələr gəlib
05:34 25.01.2025
"Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları alınmayıb"
02:56 25.01.2025
"Azərbaycan ordusu Rus heikoperini vuranda Rəsmi Bakı məsuliyyətdən qaçmamışdı"
01:09 25.01.2025
Britaniya plutonium ehtiyatını basdıracaq
00:53 25.01.2025
Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb
00:48 25.01.2025
"ABŞ bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb"
00:04 25.01.2025
İsrail BMT agentliyini Qüdsdən çıxarır
23:45 24.01.2025
"Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır"
23:01 24.01.2025
Tramp Almaniya kanslerini tənqid edib
22:38 24.01.2025
"Eyouin" qasırğası Şotlandiya və Şimal İrlandiyanı viran qoydu
21:37 24.01.2025
Çin XİN başçısı ABŞ Dövlət katibi ilə Tayvanı müzakirə etdi
20:05 24.01.2025
"Ukrayna tərəfdən qadağa olduğu halda danışıqlar barədə nəsə söyləmək çətindir"
19:52 24.01.2025
Karantindən qalan cərimələr niyə silinmir?
19:51 24.01.2025
Aİ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün şərti var
19:29 24.01.2025
Tramp Kanadanı ABŞ torpaqlarına qatmaqda israrlıdır
18:57 24.01.2025
Aİ Ukrayna üzərindən Rusiya qazının tranzitini müzakirə edə bilər
18:38 24.01.2025
" Rusiya-Ukrayna müharibəsi Rusiya-NATO müharibəsinə çevrilməməldir"
17:38 24.01.2025
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib
17:22 24.01.2025
Azərbaycanın müdafiə sənayesi naziri Pakistan prezidenti ilə görüşüb
16:48 24.01.2025
"Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib"
16:27 24.01.2025
Husilər BMT əməkdaşlarını girov götürüb
16:05 24.01.2025
Hamısı