Azərbaycan Xalqının Qüruru İlə Oynamaq olmaz! – Elman Mustafazadə yazır...

Yazarlar 09:58 28.03.2024

Ednews Avropada “Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadənin yazısını təqdim edir.

Son günlər sosial şəbəkələrdə və internet tv-lərdə ardıcıl olaraq məlumat yayırlarkı guya kürdlər Azərbaycanda lobbləşib. Hətta ziyalılarımızın bəziləri narahatdırlar ki, kürdlər getdikcə siyasi gücə çevrilirlər və gələcəkdə Azərbaycanın suverenliyinə təhlükə yarada bilərlər. Bunun nə dərəcədə doğru olduğunu demək çətindir...

Onu qeyd edim ki, bu gün bütün dünyada açıq və gizli bir türk düşmənçiliyi gedir... Rusiya, İran və bəzi Avropa ölkələrində getdikcə türkəfobiyanın intensiv xarakter almasında maraqlıdırlar...

Bu baxımdan ola bilsin kimlərisə kürdləri haylar kimi türklərə qarşı bir maşa kimi istifadə etmək fikrinə düşüb. Mən kürdlərin bu qədər ağılsız olmalarına inanmıram...

Qədim Türk yurdu olan Azərbaycanda yüzillərdi Türklərlə yanaşı Yəhudilər, Talışlar, Tatlar, Avarlar, Ləzgilər, Rus Malakanları, Qaraçılar, Ruslar, Ukraynlar, Kürdlər və digər milli azlıqlar qardaşcasına yaşamaqdadırlar. Bu birliyi pozmaq fikrinə düşənlər ətlə dırnağın arasına girən mikroba bənzətmək olar...

Azərbaycan türkləri həmişə yurduna pənah gətirən hər bir kiçik xalqları qardaş kimi qəbul etmiş, onlara xüsusi hörmətlə yanaşmışdılar. Bunuda xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dünyada yeganə dövlətidir ki, tarixdə heç bir vaxt milli, irqi, dini ayrı-seçkilik olmayıb və olması da mümkün deyil. 

Babalarımızın Şərqdə (1918-1920) ilk qurduqları Azərbaycan Demokratik Cəmiyyətinin parlamentində demək olarkı ölkəmizdə yaşayan bütün milli azlıqların nümayəndələri təmsil olunmuşdu.

"Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikasının o zamankı Prezidenti Əbülfəz Bəy Elçibəy, 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

1995-ci ildə isə dövrün Prezidenti Heydər Bəy Əliyevin imzası ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.
Bundan əlavə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyasının 44-cü maddəsinə əsasən, "hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz".

Göründüyü kimi istər Rəsulzadə, istər Elçibəy,  istərsə də Əliyev (Böyük) dönəmində qəbul olunmuş qanunlar milli azadlıqlara xüsusi həssaslıqla yanaşılmışdı. Azərbaycan heç bir xalqa digər xalqdan üstün sayılmamış və bunun üçün heç bir milli azlığa ayrıca xüsusi ststus verilməmişdir. 

Bəs nədən birdən-birə Azərbaycanda "Kürd məsələsi" ortaya atılmışdı? 

Kürdlər Azərbaycanda digər milli azlıqlar kimi həmişə sevincimizə sevinmiş, kədərimizə kədərlənmişlər. Qarabağ müharibəsində dayıma bizlərlə çiyin-çiyinə vətənimiz Azərbaycanın keşiyində durmuşlar. Məhz Türklərin özlərini "Krmancı", "Sorani", "Dorani", "Zazey", "Yezdi", "Yezdi Çəngena" adlandlran pərakəndə yaşayan və dilləri biri-birlərinə oxşar qəbilələrə, sevgidən qədim türk dilində "iğid" mənasını daşıyan KÜRD adı vermişdilər.  

Kürd dediyimiz qardaş xalq özləri-özlərini ayrılıqda KÜRD deyə yox, yuxarıda qeyd etdiyim adlarla ifadə edirlər. 

Azərbaycanda yaşayan son statistik məlumata görə sayları 11 min (əsində 5-6 min arası deyilir) olan Kürdlər vaxtıyla İrandan köçürülmüş Şiyə-Kırmancılardır. Adların sadaladığım kürd aşirətlərın arasında yalnız Krmacılar şiyədirlər, qalanlar sünnü, ələvi, bekdaşi və digər məzhəblərdəndir. Kırmancılardan başqa Azərbaycanda heç bir kürd aşirəti olmayıb. Əgər bu gün ölkəmizdə qeyri-kırmancı kürd varsa, deməli onlar son illər kənar ölkələrdən gəliblər...

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan qanunu hər bir xalqa öz mədəniyyətini, milli adət-ənənələri yaşatmağa borcludur və bunun üçün dövlət maddi-mənəvi yardım etməyi öz üzərinə götürüb. 

Ancaq Azərbaycan qanunu heç bir xalqa və milli azlığa icazə vermirki "mili bayram" adl altında qadağan olunmuş simgələr, şübhəli bayraqlar, düşmən ölkələrin atributlarını bilərəkdən nümayiş etdirib əhalisini 90 faizi türk olan bir xalqa hörmətsizlik nümayiş etdirsin...

Azərbaycan kiçik fəqət düya çapında çəkisi olan unitar bir dövlətdir. Bu dövlətdə heç bir milli azlıq lobbi yaradıb ölkənin bütün ticarət şəbəkələrini inhisara alıb hakimiyyət strukturlarına yiyələnə bilməz!
Heç bir lobbi, düşmən ölkələrin beşinci kalonları və xususi gizli təşkilatlar belə Azərbaycan Respublikasın dövlət quruluşunu dəyişə bilməz!

Azərbaycan türkiylə, yəhudilsiylə, talışıyla, tatıyla, ləzgisi və digər ölkəmizdə yaşayan milli azlıqlarla birgə  güclüdür. Bu birliyi pozmağa cəhd edənin anası ağlar qalar...

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı