İstanbul fəthinin 571-ci ildönümü: Konstantinapol necə fəth edildi?

İstanbul fəthinin 571-ci ildönümü: Konstantinapol necə fəth edildi?

Osmanlı İmperiyasının 7-ci sultanı II Mehmet 1451-ci ildə ikinci dəfə taxta çıxanda qarşısındakı az qala hər sultan kimi onun da böyük məqsədi var idi: Konstantinopolu, yəni İstanbulu fəth etmək.

6 aprel 1453-cü ildə ordularına verdiyi quru mühasirəsi əmri daha sonra dəniz mühasirəsinə çevrildi və II Mehmet arzuladığı fəthi həyata keçirdi. 1453-cü il mayın 29-da İstanbul fəth edildi və II Mehmet “Fateh Sultan Mehmet” oldu.

Fəthlə bağlı ən yadda qalan hadisə, şübhəsiz ki, gəmiləri qurudan yeritməsidir.

Bəs bu hadisə necə baş verdi, fəthi araşdıran akademiklər nə deyir, tarixi mənbələr nə yazır?

Ednews İstanbul fəthinin 571-ci ildönümündə mühüm hadisəni yada salır:

1453-cü ildə Bizans İmperatorluğu bugünkü İstanbulda "Tarixi Yarımada" dediyimiz bölgədə ilişib qalmışdı. 

Osmanlı İmperiyası, Anadolu və Avropa torpaqlarının ortasında yerləşən Bizans paytaxtını ələ keçirib, şərqdən qərbə uzanan böyük bir imperiyaya çevrilməyi hədəfləyirdi.

Aprelin 6-da şəhərin qərb divarlarına söykənən Osmanlı əsgərləri tədricən və keçilməz divarları toplardan atəşə tutmağa başladılar. Dəniz donanması isə aprelin 2-də Bizansın "Qızıl Buynuz"undan (Haliç) keçərək çəkdiyi qalın zənciri aşa bilmədi.

Bəs Sultan II Mehmet ən çox yaddaşlarda qalan əmri, yəni “gəmiləri qurudan hərəkət etdirmək” əmrini niyə və nə vaxt verib?

Fəth illərinə aid mənbələrin və şahidlərin yazılı qeydlərinin sayı azdır. Lakin tarixçilərin razılaşdığı məqamlardan biri də İstanbulu qoruyan divarların ən zəif olduğu yerin Haliç sahillərində olmasıdır.

Türkiyədə İstanbulun fəthi ilə bağlı ən əhatəli araşdırmalar aparan adlardan biri də Prof. Dr. Firidun Emecen II Mehmetin şahzadəlik illərindən İstanbulun mühasirəsi üçün planlar qurmağa başladığını və Haliçin də bu planların bir parçası olduğunu söyləyir.

"Biz jhəmin dövrləri araşdıranda görürük ki, onun Geliboluda 100-ə yaxın gəmisi hazırlanıb və onlar İstanbulun önünə gətirilib. Bundan əlavə, Sultan Mehmet də 1204-cü ildə Xaçlıların Haliçdən girərək İstanbulu tutduğunu bilirdi".

Tarixçilər gəmilərin daşındığı faktı ilə bağlı razılaşmırlar.

Bəzi mənbələrdə gəmilərin Tophane tərəfindən sahilə çıxarılaraq, Genuya müstəmləkəsi olan Pera sərhədlərini yağlı kirşələrlə, yəni Kumbaracı-Təpəbaşı yolu ilə dolanaraq Kasımpaşadan boşaldıldığı bildirilir. Bu, təxminən 3,5 km-lik bir yoldur. Son araşdırmalarda gəmilərin Tophane deyil, Dolmabahçe tərəfindən alındığı tezisi ön plana çıxır.

Prof. Dr. Emecen, "Osmanlı qaynaqları bu məlumatı qeyd etməsə də, Bizans qaynaqları bu barədə məlumat verir. Nəticədə bu gün Dolmabahçe ilə Kabataş arasında olduğu təxmin edilən Çiftesütunlar adlı yerdə ortaya çıxarıldığı görünür" deyir.

“Konstantinopolun mühasirəsi və süqutu” kitabında gəmilərin təxminən 9 km-lik marşrutla daşındığı yazılıb.

Emecen deyir ki, "Buna görə də Dolmabahçedən çəkilmənin mümkün olduğunu düşünürük. Əgər gəmilər Tophanedən çəkilsəydi, o biri tərəfdən də görünərdi, onda Bizans bundan xəbərdar olardı".

Belə ki, gəmilərin hara endirildiyi bəlli olmasa da, tarixçilər bu gəmilərin ya Kasımpaşada, ya da Eyüplə üzbəüz yerə endirildiyini qəbul edirlər.

Emecen-in diqqət çəkdiyi başqa bir iddia isə bəzi gəmilərin artıq quruda inşa edildiyidir:

"Başqa bir iddia da var ki, bəzi gəmilər, təbii ki, çox da böyük olmayan gəmilər quruda tikilib, sonra yavaş-yavaş Bizans şəhərinə üzbəüz endirilib. Yeniçərinin xatirələrində bu gəmiqayırma prosesi 1452-ci ildə Rumeli qalasının tikintisi zamanı da qeyd olunur. "

Bəs Osmanlılar gəmiləri "Qızıl Buynuz"a (Haliç) endirməsəydilər, İstanbulu ələ keçirə bilərdilərmi?

Prof. Dr. Emecenin fikrincə, İstanbulun fəthində Qızıl Buynuza atılan gəmilər hərbi mənada çox da mühüm rol oynamayıb:

"Çünki gəmilər boşaldıqdan sonra, bunun gəmilərə dayanaraq planlaşdırılan bir əməliyyat olduğunu görmürük. Bizanslılar bu gəmiləri yandırmağa cəhd etdilər və bu baş vermədi, amma başa düşüldüyü kimi, biz bilirik ki, o gəmilər bir-birinə zəncirvari şəkildə bağlanaraq estakada kimi istifadə olunurdu və onların üzərinə toplar yerləşdirilirdi, şəhərə giriş dəniz tərəfdən deyildi.

Lakin ekspertlər bu hadisənin Osmanlılara böyük motivasiya verdiyi və Bizans tərəfində ciddi ruh düşkünlüyünə səbəb olduğu qənaətindədir.

Talbot, Qrinviç Universiteti; “Sözsüz, Osmanlılar gəmiləri endirməsəydilər İstanbulu ala bilərdilərmi sualına dəqiq cavab vermək olmur, amma gəmilərin qurudan hərəkət etməsi Osmanlılar üçün böyük bir mənəvi dəstək oldu. Digər tərəfdən, bu, Qızıl Buynuzda təhlükəsiz olduqlarını düşünən Bizanslılar üçün böyük bir ruh düşkünlüyü oldu. Başqa sözlə desək, bu, topların divarlara vurduğu zərbələr, qurudakı top atəşləri qədər gedişata ciddi  təsir göstərməsə belə, Osmanlının bu tarixi təşəbbüsü böyük bir zəfər idi."

istanbul.jpg

Əkbər Novruz

(Qeyd: Professorların bütün açıqlamaları və məqalənin müəllif hüquqları BBC Türkçe-yə aiddir)

Xəbər xətti

Kabo-Verdedən möhtəşəm qol - Yenilənir
04:51
Ter-Petrosyan Azərbaycana qarşı TƏXRİBAT HAZIRLAYIR?- daha bir savaş...
04:51
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
04:38
Nüvə proqramından Livandakı atəşkəsə qədər: ABŞ-İran görüşünün pərdəarxası məlum oldu
04:23
Sirli olay- Qəbiristanlığın altında 5,5 milyon arı ordusu tapıldı
03:46
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
03:28
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
03:08
Türkiyədə toy mərasimi qanlı sonluqla yadda qaldı: 11 yaralı
02:54
Livan böhranının həlli üçün dialoqa hazırıq - Suriya prezidenti
02:41
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
02:31
Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq
01:47
Azərbaycanın çimərlik güləşçiləri Batumidə iki medal qazanıblar FOTO
01:35
Ermənistanda Konstitusiya Məhkəməsi seçki ilə bağlı iddiaları icraata götürdü
00:52
Belçika-İran oyununda qolsuz bərabərlik - Yenilənib
00:44
Qətərdə güclü partlayışlar baş verdi
00:17
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
00:12
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
00:00
22.06.2026
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR - FOTO
23:55
Starmer bu tarixdə vəzifədən gedəcək - AÇIQLANDI
23:35
Ermənistan KM parlament seçkilərinin nəticələri ilə bağlı iddialara baxacaq
22:45
Türkiyədə "13-cü Beynəlxalq Sarıyer Ədəbiyyat Günləri" adlı tədbir keçirilib - FOTOLAR
22:25
İsrail ordusundan sensasiyalı açıqlama: "MÜNAQİŞƏ YENİDƏN BAŞLAYACAQ!"
21:59
İspaniya Səudiyyə Ərəbistanı millisinə daha bir qol vurub - YENİLƏNİR
21:29
“Qarabağ” dünya çempionatının iştirakçısını transfer etdi
21:09
İran heyəti Trampın təhdidləri fonunda danışıqlar məkanını tərk edib - YENİLƏNİB
20:49
Qalibaf Trampın təhdidlərinə cavab verib
20:29
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:53
İsveçrədə ABŞ-İran memorandumu ilə bağlı danışıqlar dayandırılıb - "Fars"
19:35
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı - VİDEO
19:18
ABŞ-də təyyarə qəzaya uğrayıb - ÖLƏN VAR
19:11
“Starmer istefa verəcək” - Tramp
19:00
Vens ABŞ-İran danışıqlarında irəliləyiş olduğunu açıqladı
18:25
Tramp İrana XƏBƏRDARLIQ ETDİ
18:15
Hindistanda zavoda ammonyak sızdı: Ölənlər var
18:00
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirildi
17:45
İnsan beynində mənfi sözlər üçün "daxili filtr" kəşf edildi
17:15
Masazırda motosikl sürücülərinə qarşı reyd - 45 nəfər saxlanıldı
16:51
Oturaq həyat erkən ölüm riskini artırır? - ALİMLƏR ARAŞDIRDILAR
16:45
Bədavi "Qarabağ"da qalacaq - RƏSMİ
16:35
Günəşdə güclü partlayış oldu
16:25
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
16:15
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI
15:45
Pezeşkian: "İran uranın zənginləşdirilməsindən imtina etməyəcək"
15:31
İsraildə Ebola şübhəsi: Konqodan qayıdan şəxs karantinə alındı
14:55
Dünyaşöhrətli pop ulduzu - Dua Lipa toy fotolarını paylaşdı - FOTOLAR
14:45
Şahbaz Şərif və Asim Munir ABŞ nümayəndə heyəti ilə görüşüb
14:30
FHN küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
14:16
Pezeşkian: "İranın Qətərdəki 6 milyard dolları sərbəst buraxılacaq"
13:54
ADSEA su təchizatında olan azalmalarla bağlı açıqlama yayıb
13:47
İran XİN rəhbəri İsveçrədə həmkarı ilə görüşüb
13:28
Sabahın hava proqnozu açıqlandı
13:17
Kir Starmerin istefaya hazırlaşdığı iddia olunur
12:51
Bakıda avtobus 75 yaşlı qadının üzərindən keçib - VİDEO
12:28
Prezident İlham Əliyev İordaniya parlamentinin sədrini qəbul edib
11:59
Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərilib
11:51
Pakistan Baş naziri ABŞ–İran danışıqları üçün İsveçrəyə gedib
11:35
Qəbələdə avtomobil 16 yaşlı piyadanı vuraraq öldürüb
11:03
Vens İranla danışıqlar üçün İsveçrəyə yola düşüb
10:42
Ermers Fae: "Almaniyadan ədalətli oyun gözləyirdim"
10:33
Livanda ölənlərin sayı 4057 nəfərə çatdı
08:07
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR