“COP29-da əldə olunan nəticələrə gələcək üçün miras kimi yanaşılır”

Yazarlar 10:02 14.01.2025

Azərbaycan COP29-un ev sahibi kimi çox uğurlu performans sərgilədi. Hər kəs Bakıdan yüksək təəssüratlarla qayıtdı. Doğrudan da Cənubi Qafqaz regionunda bu  miqyasda ikinci belə tədbir keçirilməyib. Cənab Prezidentin də söylədiyi kimi, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Biz bunun öhdəsindən layiqincə gəldik. Elə dövlət başçımız yerli telekanallara müsahibəsində də bunu  daha çox böyük uğur, eyni zamanda ölkənin təqdimatı kimi dəyərləndirdi. Üstəlik, bu nüfuzlu tədbir ölkəmizə qarşı  çirkin qarayaxma kampaniyası fonunda keçirildi. Bütün qərəzli yanaşmalara rəğmən Azərbaycan ev sahibi kimi üzərinə götürdüyü öhdəliyi layiqincə icra etdi. COP29-da həm Azərbaycan, həm dünya üçün praktiki nəticələr əldə edildi.
 
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülmüşdü. Bu gün də Bakı COP-un təşəbbüsləri təqdir olunur. Post-COP29 dialoqları çərçivəsində aparılan müzakirələrdə də qeyd olunur ki, COP 29 həqiqətən də iqlim diplomatiyasında dönüş kimi tarixi düşdü.
Bakı COP həm də Qlobal Cənub və Qlobal Şimal arasında olan mövcud olan etimadsızlıq fonunda keçirildi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib olmasa da, beynəlxalq təşkilatlardakı fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət körpülər qurmaqda rəsmi Bakıya yardımçı oldu. Ada dövlətlərinin ilk dəfə səsinin bu ali kürsüdən eşidilməsi rəsmi Bakının təqdimatında ədalətin təntənəsi idi.
Cəmi 11 ay davam edən hazırlıq işləri yüksək səviyyədə icra edildi. Halbuki bundan əvvəlki COP-lar üçün müddət 2 il təşkil edib.
197 ölkədən 76 min iştirakçının, eləcə də səksən dövlət və hökumət başçısının qatıldığı COP29 bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu təsdiqlədi.
COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğursa da, bu, konfransın işinə təsir etmədi. 10 il ərzində karbon bazarı ilə bağlı razılığa gələ bilməyən tərəflər COP-un ilk günlərində artıq Paris Sazişinin 6-cı maddəsi üzrə razılığa gəldilər. Eyni zamanda qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləğin 3 dəfə artırılmasına nail olundu. İndi bütün dünya Bakı Nailiyyətindən, onun ilqim dəyişikliyinə verə biləcəyi töhfələrdən danışır.
COP Atəşkəs Çağırışı isə bəşər həmrəyliyinin simvolu kimi tarixə düşdü. Azərbaycanın bu təşəbbüsü hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birliyə hesablanmışdı. Münaqişələrin ekosistemin pozulması, təbii ehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizin sağlamlığının təhlükə altına düşməsinə səbəb olduğu  bir vaxtda belə bir təşəbbüslə çıxış etməsi ölkəmizin qlobal sülhə töhfəsi kimi dəyərləndirildi.

Təsadüfi deyil ki, bu gün beynəxalq konfranslarda ötən ilin noyabrında Bakıda keçirilən COP29-da iqlimlə bağlı tədbirlər üçün daha çox maliyyə resurslarının təmin edilməsinə dair qərarların qəbul olunması müsbət və effektiv addım kimi dəyərləndirilir.  
Hər kəs Bakı Nailiyyətinin iqlim böhranından ən çox təsirlənən və böyük iqtisadi borc yükü altında olan ölkələr üçün resursların bölüşdürülməsinə imkan verəcəyinə ümid edir. Bu isə Bakı COP-da əldə olunan nəticələrin gələcək üçün miras olduğunu deməyə əsas verir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı