Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Səna şəhərində husilərin nəzarəti altında olan polis mərkəzinə hava zərbələri endirib.
Hadisə nəticəsində ən azı 39 nəfərin öldüyü bildirilib.
Hücumla bağlı husilərə aid “Əl-Məsirə” televiziyası isə 12 ölü, 80 yaralı olduğunu açıqlayıb. Hücum zamanı polis mərkəzində təxminən 180 nəfərin olduğu qeyd olunub.