Türkiyənin hər an girə biləcəyi Suriyanın Menbiç şəhərində YPG terrorçuları əllərində silah pasport nəzarəti xidməti həyata keçirirlər.
ABŞ-ın "Associated Press" (AP) agentliyində dərc edilmiş "Türkiyə tərəfindən təhdid edilən, ABŞ-ın qoruduğu Suriya şəhəri" başlıqlı məqalənin fotoları şəhərdə terrorçuların sərbəst hərəkət etdiyini təsdiqləyir.
YPG 2016-cı ildə İŞİD-i Menbiçdən uzaqlaşdırdıqdan sonra şəhərə nəzarəti ələ alıblar.
Türkiyə Milli Təhlükəsizlik Şurası YPG çəkilməyəcəyi təqdirdə Menbiçdə hərbi əməliyyatların aparılacağının anonsunu verib.(teleqraf.com)