Türkiyə Silahlı Qüvvələri Afrinin Raco bölgəsində dağlıq ərazidə gizlənən bir qrup PKK-YPG-çini aşkar edib.
Bu barədə TSQ-nin Baş Qərargahından bildirilib.
Məlumata görə, terrorçuların aşkar edildiyi əraziyə dərhal hava əməliyyatı təşkil edilib. Tunellərdə gizlənən terrorçulara aviasiya zərbələri endirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və ASO Afrini martın 18-də azad edib.