Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri “Zeytun budağı” hərəkatı zamanı dağlara qaçan YPG/PYD terrorçularına qarşı əməliyyat təşkil edib.
Əməliyyat zamanı Afrinin şimalındakı Racu bölgəsində dağlıq ərazidə gizlənən terrorçular məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatlara görə, əməliyyatlar davam etdiriləcək.