Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında fevralın 16-da Ukraynaya hücumla bağlı məsələyə münasibət bildirib.
Ednews xəbər verir ki, o, ABŞ hökumətinin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı qlobal təxribat kampaniyası həyata keçirdiyini deyib.
“ABŞ iki aydır hər gün deyir ki, Ukrayna Rusiya tərəfindən hücuma məruz qalacaq. Ukrayna Prezidenti və bu ölkənin nümayəndələri onlarda belə bir məlumatın olmadığını bildirir”, - M.Zaxarova bildirib.