"Ukraynanın hərbi yardıma ehtiyacı var".
Ednews Tass-a istinadən xəbər verir ki, bu sözləri prezident Volodimir Zelenski NATO-nun Brüssel sammitindəki çıxışı zamanı deyib.
"Ukrayna sizdən tanklarınızın sadəcə 1%-ni istəyib.Tankları verin və ya satın fərqi yoxdur ama hələ də bu müraciətimizə cavab almamışıq",-deyə ölkə başçışı sammit iştirakçılarına videomüraciətində bildirib.
Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası keçirilir.
Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.
Ülviyyə Fərhad