Şəki rayonunun Kiçik Dəhnə kəndi də 19 yaşlı şəhidini qarşılamağa hazırlaşır.
Ednews Bizim.Media-ya istinadən verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Nihat Mehman oğlu Qasımov 2021-ci ilin aprel ayında hərbi xidmətə yollanıb.
Şəhid əsgərin cənazəsinin gecə saatlarındaailəsinə təqdim ediləcəyi bildirilir.
Nihat Qasımov sabah Kiçik Dəhnə kəndinin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Şəhidin ölmündən günlər öncə çəkilən son görüntüləri təqdim edirik: