“Bu həftə ya Rusiya qalib gələcək, ya da nüvə müharibəsi başlayacaq. Üçüncü variant yoxdur”.
Ednews xəbər verir ki, bu barədə RT-nin baş redaktoru Marqarita Simonyan Telegram kanalında yazıb.
O, həmçinin işğal edilən “DXR”, “LXR”, eləcə də Xerson və Zaporojye vilayət “rəhbərləri”nin Rusiyaya birləşməklə bağlı “referendum” keçirmək “çağırışlarını” şərh edib.