ABŞ növbəti dəfə İrana sanksiya tətbiq edib.
Ednews xəbər verir ki, Amerika hökuməti “Əxlaq” polisini və 6 iranlı şəxsi, o cümlədən SEPAH-ın Quru Qoşunlarının komandanı, “Əxlaq” polisinin rəisi və İranın kəşfiyyat nazirini İran qadınlarına qarşı zorakılığa görə sanksiyalar siyahısına əlavə edib.
Qeyd edək ki, Məhsa Əmini adlı 22 yaşlı qız bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib. Bu səbəblə ölkə miqyasında etiraz aksiyaları keçirilir.