Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir.
Ednews xəbər verir ki, müharibə ölkənin hər yerində can almağa davam edərkən, Kiyev hücum xəbəri ilə səhərini açıb.
Rusiya Ukraynaya iri pilotsuz təyyarə ilə hücum edib.
Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlayıb.
O, mülki insanları sığınacaqlarda qalmağa çağırıb.
Kiyev Şəhər Hərbi İdarəsi Kiyev səmasında doqquz kamikadze PUA-nın vurulduğunu bildirib.
Nəzrin Eldarqızı