BMT-nin baş katibi Antonio Quterreş Sudan ordusunun komandanı, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdül Fəttah əl-Burhan və çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) komandiri Məhəmməd Həmdan Daqalo (Həmidti) ilə danışıqlar aparıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
"O, (BMT-nin baş katibi) Əbdül Fəttah əl-Burhan və Məhəmməd Həmdan Daqalo ilə danışıqlar apararaq, zorakılığa dərhal son qoymağa və dialoqa qayıtmağa çağırıb", - Düjarrik Twitter-də yazıb.