Sudan ordusu və Çevik Dəstək Qüvvələri döyüşləri dayandırmaq üçün danışıqlar aparmağa razıdır.
Ednews Əl-Cəzirəyə istinadən xəbər verir ki, Sudan ordusu və Çevik Dəstək Qüvvələri ölkədə döyüşləri dayandırmaq istiqamətində danışıqlar aparmaq üçün öz nümayəndələrini Səudiyyə Ərəbistanına göndərmək barədə razılığa gəliblər.
BMT-nin Sudandakı nümayəndəsi Volker Perets xarici vətəndaşların münaqişə bölgələrindən təxliyəsinin davam etdiyini bildirib.
Perets həmçinin danışıqlar prosesində ilkin olaraq ölkədə döyüşlərin dayandırılması üçün atəşkəsin imzalanmasına çalışılacağını vurğulayıb:
“Hər iki tərəfin atəşkəsə əməl etməsi vacibdir. Sudanlı və xarici müşahidəçilərin iştirakı ilə atəşkəsə nəzarət etmək üçün monitorinq qrupunun yaradılması ehtimal olunur”.
Hələ ki, nə Səudiyyə Ərəbistanı, nə də BMT Sudan ordusu və Çevik Dəstək Qüvvələri arasında danışıqlara ev sahibliyi etmək üçün rəsmi açıqlama verib.
Loğman Yunis