Livandan İsrailə hücumlar olub.
Ednews xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsraildəki Dov dağı istiqamətində zərbələr endirilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.