Qəzzada dağıdılan məscidlərin sayı açıqlanıb.
Ednews "Anadolu Ajansı"na isitinadən xəbər verir ki, bu barədə Qəzzadakı Vəqflər və Diyanət İşləri Nazirliyi İsrailin məscidləri hədəf alan hücumları ilə bağlı yazılı açıqlamada qeyd edib.
Açıqlamaya görə, ümumilikdə 1200 məscidin olduğu bölgədə min məscid qismən və ya tamamilə dağıdılıb.
Bu dağıntıların, o cümlədən tarixi məscidlərin bərpası üçün təxminən 500 milyon dollar tələb olunur.
Hücumlarında İsrail qüvvələri 100-dən çox ruhani, o cümlədən xətiblər, imamlar, natiqlər, müəzzinlər və hafizləri qətlə yetiriblər.
Əkbər