Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbindən irəli gələrək yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Ednews-a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin başlaması 2024-cü ilin iyul ayından etibarən planlaşdırılır.
Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.