Səudiyyə Ərəbistanı, İordaniya, Misir və Fələstin administrasiyası gizli görüş keçiriblər.
Ednews "Axios"a istinadən xəbər verir ki, bu görüşdə Qəzza zolağınınmüharibədən sonrakı planlarını müzakirə ediblər.
Xəbər agentliyinin məlumatına görə, yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Fələstin Administrasiyasının ərazini idarə edə biləcəyi yolları müzakirə etmək üçün Ər-Riyadda görüşüblər.
Qeyd edək ki, bundan əvvəl İsrailin Portfoliosuz naziri Benni Qantz bəyan etmişdi ki, HƏMAS ilə münaqişə “10 il, hətta bütöv bir nəsil” davam edə bilər.
Əkbər