Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?

Biznes 15:31 26.06.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən rəqabət qanunvericiliyinin pozulması ilə bağlı araşdırmalar aparılıb.

“EDnews” xəbər verir ki, bu araşdırmalar ölkə üzrə müxtəlif sahələrdə –  ərzaq sənayesi, ticarət, sığorta və tikinti sektorlarında fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhatə edib. Bəzi hallarda araşdırmalar vətəndaş müraciətləri və bazar subyektlərinin şikayətləri əsasında, bəzi hallarda isə rəqabət orqanının öz təşəbbüsü ilə başlanıb.

 “ABC-Telecom” MMC-nin  “HOFFMANN” adlı yağla işləyən elektrik qızdırıcılarının satışı zamanı rəqabət qaydalarının pozulması ehtimalı nəzərə alınaraq Agentlik tərəfindən Rəqabət Komissiyasının yaradılması və pozuntu faktı üzrə işin başlanması barədə qərar qəbul edilib. Eynilə “Baku Electronics” MMC-nin “YOSHIRO” markalı televizorların satışı zamanı haqsız rəqabətə yol verdiyi müəyyən olunub və bu iş üzrə də hüquqi prosedurlar aktiv mərhələyə keçib.

Bəzi araşdırmalar nəticəsində qanun pozuntusu halları təsdiqini tapmayıb. Məsələn, “The Procter & Gamble Company” tərəfindən “İnci Group of Companies” QSC-yə qarşı əmtəə nişanlarından istifadəyə dair irəli sürülən iddia üzrə araşdırma başa çatıb və pozuntu halı qeydə alınmadığı üçün işə xitam verilib. Oxşar nəticə Şirvan Kommersiya Məhkəməsinin təqdimatı ilə “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə qarşı aparılan araşdırmada da qeydə alınıb. Alqı-satqı müqavilələrində rəqabət pozuntusu aşkarlanmayıb.

Diqqətçəkən hallardan biri “Trendyol Azərbaycan” MMC və “Bahar Store” MMC arasında olub. Burada məsələ qanunsuz reklam və haqsız rəqabət iddiası üzərində qurulub. Lakin araşdırma yekunlaşmadan əvvəl tərəflər pozuntunu könüllü şəkildə aradan qaldırıb və iş Agentlik tərəfindən xitamla bağlanıb.

Kompleks və çoxsaylı araşdırma tələb edən işlərindən biri “İvanovka Süd Məhsulları” MMC-nin təqdim etdiyi şikayətlər zənciridir. Şirkət müxtəlif fiziki və hüquqi şəxsləri - o cümlədən “ATENA” MMC, “Adilbərəkət” MMC, “Master Milk” MMC və bir neçə fərdi sahibkarı haqsız rəqabətdə ittiham edib. Bu müraciətlər əsasən süd və süd məhsullarının bazarında brend istifadəsi, məhsul dizaynı, qablaşdırma oxşarlığı və istehlakçının çaşdırılması halları ilə bağlıdır. Hazırda bu iddialar üzrə araşdırmalar davam edir.

Əmtəə nişanı ilə bağlı davam edən araşdırmalar arasında “Referans Medical Group” MMC-nin “Referans Media” MMC-yə qarşı “Referans” adından istifadəyə dair iddiası, “Qoç Ət” brendi ilə bağlı bir fiziki şəxsə qarşı araşdırma, “ZAGAR BAKU”, “Sherlock’s”, “SPERAK” və “MADİNA” nişanları ilə əlaqəli bir sıra hüquqi və fiziki şəxslərlə bağlı işlər də yer alır.

Tikinti materialları sektorunda da rəqabət mühitində gərginlik müşahidə olunub. “NORM” ASC tərəfindən “Qarant Beton-1” MMC-yə qarşı haqsız rəqabət iddiası ilə bağlı başladılan araşdırma da bu sahədə aparılan önəmli proseslərdəndir.

Agentlik bildirir ki, araşdırmaların əsas məqsədi ölkədə sağlam rəqabət mühitinin qorunması, istehlakçıların maraqlarının müdafiəsi və qanunsuz bazar davranışlarının qarşısının alınmasıdır.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Hamısı