ABŞ-nin Florida ştatında Larqo şəhərində tornado onlarla evi dağıdıb, infrastruktur ciddi zərər görüb.
“EDnews” xəbər verir ki, Larqo şəhərinin polis idarəsi tornado ilə bağlı əhaliyə müraciət ünvanlayıb.
"Biz əhalidən təcili yardım qruplarının təhlükəsiz və effektiv şəkildə işlərini davam etdirmələrinə şərait yaratmasını xahiş edirik", - deyə müraciətdə qeyd olunub.
Lakin hökumət qurumları təbii fəlakət nəticəsində xəsarət alanlar haqqında hələlik heç bir məlumat dərc etməyib.