Dünən gecə saatlarında Livanın Baş Naziri Nəcib Mikati ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə telefon danışığı həyata keçirib. Dialoqdan sonra Baş Nazir yaxın günlərdə və ya saatlarda İsraillə 60 günlük atəşkəs müqaviləsi imzalamağın mümkün olacağını bildir. İsrailin "KAN"telekanalı isə atəşkəs razılaşmasının şablonunu yayımlayıb.
Bu əsnada İranın "İSNA" İnformasiya Agentliyi Netanyahunun hökümətində bəzi yüksək çinli məmurun atəşkəs imzalanmağının əleyhinə olduğunu iddia edib. Adıçəkilən agentliyin yaydığı xəbərə görə İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben Gvir atəşkəsin olacağı təqdirdə Netanyahunu müxalifətin sərt etirazı ilə hədələyir. Onun sözlərinə görə "Livandan çəkilsək, müxalifət parlamentdə bizi "Aksa tufanı"-na görə görə hesaba çəkəcək".
Qeyd ədək ki, yayımlanan atəşkəs razılaşması şablonuna görə İsrail ordusu Livan ərazisindən çəkilməlidir.