Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada əməliyyat keçirib.
EDnews TRT kanalına istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının rəhbər şəxslərindən birini məhv edib.
Məlumatda qeyd edilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Tel Rıfat bölgəsində keçirdiyi əməliyyatı nəticəsində PKK/YPG- terror qruplaşmasının liderlərində biri hesab olunan Yaşar Çekiki zərərsizləşdirib.
Yaşar Çekik Türkiyə, İraq və Suriyada türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Axtarılanlar siyahısında qırmızı kateqoriyaya düşüb və həmçinin İnterpol tərəfindən qırmızı bülletenlə axtarılıb.