İran İsrailə qarşı yeni zərbələr dalğasına başlayıb.
“EDnews” xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrindən bildirilib ki, İran tərəfindən yeni raket atəşi qeydə alınıb, əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb.
“Hazırda hava hücumundan müdafiə vasitələri təhlükəni aradan qaldırmaq üçün lazım olan hər yerdə [hədəfləri] ələ keçirmək üçün işləyir”, – ordu mətbuat xidmətinin məlumatında deyilir.