İranda İsrailin zərbələri zamanı daha üç nüvə üzrə alimin öldürüldüyü bildirilir.
“EDnews” xəbər verir ki, "TASNİM" İnformasiya Agentliyi həmçinin öldürülən alimlərin adlarını açıqlayıb - Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci.
Dünən İsrailin hücumu nəticəsində altı İran nüvə aliminin həlak olduğu bildirilmişdi. İsrail Müdafiə Ordusu da "9 İran aliminin məhv edildiyini" bəyan etmişdi.