İranın hava hücumundan müdafiə vasitələri səhər saatlarında İslam Respublikasının şimal-şərqində yerləşən Məşhəd şəhərinin səmasında bir neçə kiçik İsrail pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“EDnews” xəbər verir ki, bu barədə məlumatı SNN telekanalı region hökumətinə istinadla yayıb.
Qeyd edək ki, daha əvvəl də Məşhəd şəhərində İsrailə məxsus PUA-ların ələ keçirilməsi halları qeydə alınmışdı.