İnsanlıq süni intellektə uduzurmu?

Elm və texnologiya 09:01 19.06.2025

Bir səhər oyandıq və gördük ki, artıq biz deyil, texnologiya bizim yerimizə düşünür. Referat yazan məktəbli, hekayə quran yazıçı, plan hazırlayan müəllim, analiz edən jurnalist — hamısı yavaş-yavaş bir sistemin kölgəsinə çəkilir. Özümüz də hiss etmədən “yardımçı alətlərə” deyil, öz yerimizi əlimizdən alan rəqəmsal kölgələrə çevrildik.

Bu, sadəcə texnoloji təkamül deyil. Bu, insanın insanlıqla sınağıdır. Daha aydın desək: biz bu inkişafın içində güclənirik, yoxsa yox oluruq? Bu sualın cavabı təkcə texnologiyada yox, özümüzdədir.

Əvvəllər insan düşünür, maşın isə  əməl edirdi. İndi isə maşın düşünür, insan isə sadəcə təsdiqləyir. Bu dəyişiklik fərq edilmədən baş verdi – əvvəl rahatlıq adıyla başladı, indi isə yavaş-yavaş əvəzləmə mərhələsinə keçib.

Həyatdan real kadrlar:

· Gənc yazıçı ilhamla roman yazmaq istəyir, amma “ChatGPT-yə yazdırmaq daha asandır” deyir.

· Rəssam fırçanı kənara qoyur, Midjourney-də təsvir verir.

Zamanı udan maşınlar, mənanı itirən insanlar

Texnologiya saniyələrlə düşünür, amma insanın böyüməsi zəhmət və səhvlə ölçülür. Süni intellekt sürətlidir, amma dayazdlr. İnsan isə yavaş, lakin mənalıdır.

Təsəvvür elə:

· Araşdırmaçı jurnalist bir faktı tapmaq üçün kitabxanada günlərlə vərəqləyir. AI isə bu prosesi saniyələrdə sistemləşdirir.

·  Müəllim şagirdinə uyğun dərs planı qurmaq üçün fərdi yanaşır. AI isə bu işi statistik profillərlə standartlaşdırır.

Burada vaxt uduruq, amma dəyər itiririk. Sürət qazandıqca dərindən düşünmək yerini avtomat reaksiyalara verir. Effektivlik mənanı əvəzləyir.

Alqoritmlər qərar verir – və biz buna razıyıq

Süni intellekt yaxşılıq, vicdan, anlayış tanımır. O, nə empatiya hiss edir, nə də insani niyyətləri anlayır. Amma qərar verir. Daha dəqiq desək, biz onun qərarlarına tabe oluruq.

Praktiki səhnə:

·   Bir gənc bankdan kredit istəyir. Məsuliyyətlidir, amma işsizdir. Sistem isə ona rədd cavabı verir — çünki əxlaq və iradə süni intellekt üçün dəyər deyil, riskdir.

·  İşə qəbul zamanı sizin illər əvvəl yazdığınız bir tvit sistemin gözündə "uyğunsuzluq" yaradır. Halbuki insan müsahibəçi olsa, sizi başa düşərdi.

Ən təhlükəli məqam budur: biz bu soyuq qərar sistemini normal qəbul edirik. Empatiyasız alqoritmlərin bizə həyat yolu çəkməsinə imkan veririk. Etiraz etmirik – uyğunlaşırıq. Bu isə təslimçiliyin ən yüksək formasıdır.

Tənbəllik yox, ruhsuzlaşma – rahatlıq qarşısında zəkanın süqutu

Əvvəlcə “rahatlıq üçün” istifadə etdik. Sonra “vaxt qazanmaq üçün.” İndi isə özümüzü əvəz etmək üçün süni intellektdən istifadə edirik. Bu, texnoloji alətlərin bizə xidmət etməsi deyil — bizim texnologiyaya könüllü əsirliyimizdir.

Adi həyat nümunəsi:

Universitet tələbəsi layihə təqdim etməlidir. Axtarmaq, oxumaq, fikirləşmək əvəzinə “ChatGPT-də yazdırmaq” daha rahatdır.

Əgər insan artıq düşünmək istəmirsə, deməli, o yaratmaqdan imtina edir. Yaradan yox, yönləndirən olmaq intellektual geriləmə deyilmi?

Texnologiya bizi bizdən alır

Bugün texnologiya təkcə bizə yardım etmir, o bizi yenidən qurur. Sosial şəbəkədə özümüzü filtrlərlə təqdim edirik. Metaverse-dəki avatarımızla yaşayırıq. Beynimizə çip taxmaq fikri artıq fantastika yox, texnoloji reallıqdır.

Faktlar və tendensiyalar:

·   İlon Maskın Neuralink çipi artıq canlı insan beynində test edilir.

·  Metaverse platformalarında ailə quran, hətta şəxsiyyət dəyişdirən insanlar var.

·  Sosial media şəxsiyyətimiz artıq bizim yerimizə danışır.

Biz texnologiyanı idarə etmirik — biz texnologiyaya uyğunlaşaraq forma dəyişirik. Bu, insanlığın təkamülü yox, öz kimliyindən çıxmasıdır.

Uduzan insan deyil – amma təhlükədə olan insanlıqdır
İnsanlıq süni intellektə uduzmayıb. Hələ də onun yaradıcısı insanın özüdür. Amma təhlükəli olan – uduzmaq yox, susmaqdır. Tabe olmaqdır. Düşünməkdən imtina etməkdir.

Əgər biz düşünməyə, hiss etməyə davam etsək, şüur və intuisiyanı alqoritmlə qarışdırmasaq – insan qalmaq mümkündür.

Texnologiya ağıllıdır. Amma insan – həm ağıllı, həm hissli, həm də mənəvi varlıqdır. Bu fərqi qoruyanda biz yalnız sağ qalmırıq – doğrudan da insan kimi yaşayırıq.

Şahlar Ruhi

 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
11:26 16.07.2025
Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur
11:08 16.07.2025
Tramp Qətərə gedəcək
10:53 16.07.2025
İraq Kürdüstanındak; neft yataqları yenə məruz qalıb
10:38 16.07.2025
ABŞ-da Xərçəng Ölümləri niyə Artır? -Araşdırma
10:23 16.07.2025
Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqindədir
10:08 16.07.2025
"Herkulesin Böyük divarı" daha yaxında imiş
09:53 16.07.2025
Harrison Ford "Emmi" mükafatına namizəd oldu
09:38 16.07.2025
VPN-dən istifadə edənlər cərimələnəcək -Rusiyada...
09:23 16.07.2025
İran mediasının yeni ritorika dalğası Şahlar Ruhi yazır...
09:08 16.07.2025
Yer üzünün ən hərəkətsiz canlısı: Olmlar haqqında nə bilirik?
08:35 16.07.2025
Klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu
08:05 16.07.2025
Quru sahədə ən aşağı nöqtə harada yerləşir?
07:57 16.07.2025
Saxara səhrası yaşıllaşır?
07:24 16.07.2025
Çinə viza rejimi bu gündən ləğv edildi
07:13 16.07.2025
Çin Rusiyaya "daha dərin" dəstək verəcək
06:58 16.07.2025
Fransa xərclərə qənaət üçün iki bayramı ləğv edəcək
06:28 16.07.2025
Rusiyanın Kaluqa vilayətindəki ağır yol qəzasında 5 nəfər ölüb
05:56 16.07.2025
Tailandda doqquzuncu rahib də vəzifəsindən getdi
05:24 16.07.2025
ABŞ və Avropa İrana nüvə sazişini imzalamağı üçün vaxt qoyub
04:54 16.07.2025
"Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək"
04:24 16.07.2025
"Amerika əsgərləri Ukraynaya göndərilməyəcək"
03:50 16.07.2025
Yasamal rayonunda güclü yanğın baş verib
03:33 16.07.2025
İsrail İrana ikinci hücuma hazırlaşır
03:20 16.07.2025
"Ukrayna Moskvaya hücum etməməlidir"
02:53 16.07.2025
Rüşvətdən imtina edən polislərə kompensasiya veriləcək
02:30 16.07.2025
Trampın Ukraaynaya silah göndərmək qərarına kim təsir edib ?
01:57 16.07.2025
Ukrayna kütləvi dron hücumuna məruz qaldı
01:30 16.07.2025
Özümüzü Günvurmadan necə qoruyaq?
01:26 16.07.2025
Azərbaycanın Uraldakı diasporunun rəhbərinin oğlu saxlanıldı
00:54 16.07.2025
"Euronews" Xankəndidəki Zirvə Görüşü ilə bağlı reportaj hazırlayıb
00:29 16.07.2025
" İsrail Suriyaya hücumları dayandıracağına söz verib"
23:56 15.07.2025
Husilər İsrailin ı Eylat limanına hücum ediblər
23:10 15.07.2025
NATO Baş katibi üç ölkəni sanksiyalarla hədələyib
22:40 15.07.2025
Çexiya Ukrayna üçün ABŞ-dən silah almaq layihəsində iştirak etməyəcək
22:10 15.07.2025
Ağ Ev Trampın Rusiyaya zərbələr endirmək çağırışını təkzib edib
21:40 15.07.2025
Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
21:10 15.07.2025
50 gün sonra nə olacaq? -Analitik Baxış
20:40 15.07.2025
ABŞ-də qeyri-qanuni miqrantlar girov hüququndan məhrum ediləcək
20:12 15.07.2025
Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb
19:57 15.07.2025
Hamısı