Ukraynanın cənubunda raket təlimləri başlayıb.
"Eurasia Diary"-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.
O bildirib ki, təlimlər beynəlxalq qanunvericilik normalarına uyğun keçirilir.
Krıjanovskinin sözlərinə görə, təlimlərdə orta məsafəli idarəolunan S-300 zenit raketləri sınaqdan keçirilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu təlimlərlə bağlı Ukrayna tərəfinə xəbərdarlıq edib. Bildirilib ki, raket atışları Krım yaxınlığında həyata keçirilsə, onlar məhv ediləcək.