"Nəcibə Məlikova məni oğluna almaq istəyirdi" "Ögey ana" filminin Cəmiləsi

Mədəniyyət 23:39 24.10.2017
"Ögey ana" filminin Cəmiləsi - Sevinc Axundovanın Milli.Az-a müsahibəsi.
 
- Sevinc xanım, "Ögey ana" filminin bugünkü gündə həyatdakı yeganə qəhrəmanısınız. Filmi izləyəndə hansı xatirələr göz önünüzdən gəlib keçir?
 
- "Ögey ana" Azərbaycanın milli klassik filmidir. Filmi bu gün də mavi ekranlarda izləyəndə çox gözəl xatirələrə dalıram. Qayğısız uşaqlıq illəri, atalı-analı günlər və gərgin çəkiliş günləri... Bir sözlə uşağlığıma qayıdıram. İnsanın həyatında ən gözəl dövr uşaqlıq dövrüdür.
 
- Uşaq olduğunuz üçün yəqin ki, filmə çəkilmək o qədər də asan olmayıb. Ümumiyyətlə, uşaq aktrisası olmağın nə kimi çətinlikləri var?
 
- Filmdə çəkilən uşaq öncə istedadlı olmalıdır. İstedad olsa, hər bir uşaq maraqlı obraz yarada bilər. Əlbəttə ki, uşaqlarla işləyən rejissorda da səbir, dözüm olmalıdır. Burada da rejissorun üstünə böyük məsuliyyət düşür. Biz də vaxtında o çətinliyi yaşamışıq.
 
- Çəkilişlərdə kaprizlər edirdiniz?
 
- Əlbəttə ki, bütün uşaqlar kimi mənim də öz kaprizlərim var idi. Amma film çəkiləndə o kaprizləri kənara qoyurduq. Çünki filmdə böyük bir kollektiv çalışırdı. Bizim rejissorumuz Həbib İsmayılov uşaqlarla işləməyi bacarırdı. O bizi bütün kaprizlərdən azad etmişdi. Çətinliklər əlbəttə ki, çox olub. Məsələ,n orada suya yıxılma, ata minmə səhnələri var idi. Mən heç vaxt ata minməmişdim, ata minəndə özümü elə apardım ki, guya heç nədən qorxmuram (gülür). Mən orada hətta diri yarasanı da görmüşdüm. Təbii ki, qorxduğum anlar da olmuşdu. Sadəcə çalışırdım ki, özümü qorxutmayım, hər şeyin öhdəsindən gəlim. Yəqin ki, öhdəsindən də gəlmişəm. Çünki rejissor təkcə mənimlə yox, bütün uşaqlarla məşğul olurdu.
 
- Ana rolunu sevimli aktrisamız Nəcibə Məlikova oynayırdı. Çəkiliş prosesində Nəcibə xanımdan ana nəzakəti, ana qayğısı görürdünüz?
 
- Nəcibə xanım çox gözəl insan və aktrisa idi. Onun bizim ailəylə tanışlığı var idi. O bizə gələrdi, biz onlara gedərdik. Bir sözlə bir-birimizin şad günlərində yığışardıq. Nəcibə xanımdan nəinki mən, filmdə çəkilən bütün uşaqlar ana qayğısı görürdülər. Hamı bir-biri ilə çox yaxın dost idi. Filmdə çox böyük aktyor kollektivi var idi. Elə buna görə də bu günkü gündə film izlənilir, baxılır və vaxtilə qızıl fonda da daxil olunub.
 
- Bildiyimə görə, Nəcibə xanım sizi oğluna almaq istəyirdi. Nə oldu bəs?
 
- Nəcibə xanım məni həqiqətən çox istəyirdi. O bu sözü təbii ki, zarafatca demişdi. Mən onun oğlu Sabiqlə uşaqlıqdan dost idim. Böyüyəndə də bir-birimizlə dostluğumuzu qoruyub saxladıq.
 
- Bəs ailə həyatını kiminlə qurdunuz?
 
- Mən gələcək həyat yoldaşımla eyni sinifdə oxumuşam. Bizim aramızda böyük sevgi yarandı və biz ailə həyatı qurduq. Çox gözəl ailə həyatım olub. Bu sevgidən iki qızım dünyaya gəldi. Qızlarım da ata, ana sevgisi içində böyüyüb. Böyük qızımın 18 yaşı olanda həyat yoldaşım rəhmətə getdi.
 
- İki qız övladını atasız böyütmək sizə nə dərəcədə çətin oldu?
 
-Hər ana övladını böyütmək üçün çətinlik çəkir, çünki ana anadır. Övladlarım cəmiyyətdə öz layiqli yerlərini tutublar. Onlarla bağlı arzularım sonsuzdur. İnşallah, hər şeyin daha da yaxşı olacağına inanıram.
 
- Bugünkü gündə çəkilən uşaq filmlərindən razısınız?
 
- Mənə elə gəlir ki, indi elə də çox uşaq filmləri çəkilmir. Çəkilən ekran işləri içində film və seriallar üstünlük təşkil edir. Çox istərdim ki, uşaqlar üçün maarifləndirici filmlər çəkilsin.
 
- Sevinc xanım, çəkilən seriallar içərisində "Ögey ana" filminin motivləri əsasında eyniadlı serial da var. Sizcə "Ögey ana" film kimi gözəl idi, yoxsa serial kimi?
 
- "Ögey ana" serialında rolları çox gözəl aktyorlar ifa edir. Mənə elə gəlir ki, hər şeyin ilki daha yaxşı olur. Burada sadəcə filmi genişləndirib serial ediblər, adların çoxu da eynidir. Sadəcə olaraq bəzi adlar dəyişib. Filmin serialla sıx əlaqəsini görmürəm. Sujet xətti bir az oxşardır. Yenə də uğurlar diləyirəm.
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Hamısı