Türkiyəli məşhurları heyran qoyan Azərbaycan mahnıları SİYAHI - VİDEO

Mədəniyyət 15:30 06.12.2017

Musiqinin sərhədsiz olduğunu bilirik. Dil, din, irq fərqi olmadan insanlar musiqidən mənəvi qida alır. Azərbaycanlıların ən çox dinlədiyi mahnılar sırasında türk musiqiləri xüsusi yer tutur. Türklər də bizim mahnılara biganə yanaşmırlar. Bunun bir neçə bariz nümunəsi də var.

Odur ki,  Türkiyənin tanınmış müğənniləri tərəfindən ifa olunan bir neçə Azərbaycan mahnısını təqdim edirik:

Bir neçə il öncə ölkəmizə Gürcüstan elindən təşrif buyurmuş Manana Çaparidzenin ifasında sevilən “Gəl-gəl” mahnısını Bengüdən də eşitdik. Bengü mahnını o qədər sevib ki, ərinməyib, klip də çəkdirdi. Bu məqamda qeyd edək ki, mahnının musiqisini Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova yazıb.

Xalq artisti Aygün Kazımovanın hit mahnısı “Yenə tək”i Superstar Ajda Pekkanın səsindən eşitmək bizi sevindirsə də, bir o qədər də xəyallarımızı puç etdi. Ajdanın mahnıya yeni nəfəs verəcəyini düşünənlər təəssüf ki, çox yanıldı.

Ural Erel adı sizə tanış gəlməyə bilər, amma 2007-ci ilinin yay ayında ən hit mahnı sözləri və musiqisi Namiq Qaraçuxurluya aid olan “Bu məhəbbət”in türk versiyası “Qalıb o” idi. Mahnının yeni aranjimanı və fərqli ifa onu ən çox səsləndirilənlər sırasına əlavə etmişdi.

Yıldız Tilbe Azərbaycanın ən ədalı müğənnisi Xumar Qədimovanın dillər əzbəri olan “Gələcəyəm” adlı mahnısını özünəməxsus şəkildə səsləndirmişdi. Çılğın ifaçı fərqli aksent ilə mahnıya xüsusi bir rəng qatmışdı.

Türkiyədəki təcrübəsi ilə Azərbaycan mahnılarına fərqlilik gətirən Tunar Rəhmanoğlunun “Səndən insaf dilər yarın” mahnısını imperator İbrahim Tatlısesdən eşitmək azərbaycanlı fanatları sevindirdi. Azərbaycan türkcəsində səsləndirilən mahnı Türkiyədə də çox sevilənlər sırasında yerini aldı.

Alişanın azərbaycanlı müğənni və bəstəkar Ramal İsrafilovdan oxuduğu “Gözümün işığı” mahnısı da uğurlu işlərdən biri oldu.

Korifey sənətçimiz Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısının Sibel Can tərəfindən səsləndirilməsi bəstənin yenidən sevilməsinə və Türkiyədə tanınmasına xidmət etdi.

Funda Ararın “Bağışla” sinqlı ən çox səs gətirən mahnı oldu. Miri Yusifin səsləndirdiyi mahnının müəllif hüquqları üstündə əməlli-başlı qırğın düşdü və iş məhkəməlik oldu. Funda Arar bildirdi ki, mahnı MC Muradındır və satın alıb. Məhkəmə prosesi uzandıqca uzandı. Bu isə mahnının xeyli reklam olunmasına şərait yaratdı.

Çox fərqli repertuara sahib olan Nil Karaibrahimgil Murad Arifin bəstəsi olan “Ay qız, oyan”ı oxudu. Ancaq mahnı Elnarə Xəlilovanın ifasında daha çox sevilmişdi.

Azərbaycan mahnılarını sevməsi ilə tanınan Serdar Ortaçdan 15 qızı bir maşına mindirib ayrılıq haqqında oxumasını gözləyirdik ki, fərqli bir layihə ilə qarşımıza çıxdı. Baloğlan Əşrəfovun “Nədəndir” mahnısını oxumuşdu. Bu mahnı isə həmin dövr üçün Azərbaycan toylarının ən hitləri sırasında ilk pillədə yer alırdı. Xüsusilə, qudalar və bəyin uzaqdan yaxından gəlib-keçən qohum-əqrabaları bu mahnıya oynayarkən özünə can-fəşanlıq qatırdı.

Əməkdar artist Röya Ayxan və Miri Yusifin “Səndən bir dənədir”inin hit olduğunu görən Sinan Akçıl və İrem Derici Miri Yusifi də götürüb trio şəklində mahnının türk versiyasını oxudular. Amma çox təəssüf ki, ikinci versiya birincinin dadını vermədi.

Ziynet Sali də Murad Arifin “İstanbul” mahnısına aşiq olub, əvvəlcə bu mahnını tək, sonra isə Xəyyam Nisanovla birgə ifa etdi. Ancaq bu da Xəyyamın ifasındakı kimi hit olmadı.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı