Türkiyənin Eskişehir vilayətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib.
“EDnews” xəbər verir ki , “Rəsulzadə - dünya ziyalısı” mövzusunda tədbir Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən təşkil olunub.
Konfransda Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimi fəlsəfə doktoru Elçin Süleymanovun M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti, beynəlxalq müstəvidə qoyduğu iz və müasir Azərbaycan kimliyinin formalaşmasındakı rolu ilə bağlı məruzəsi dinlənilib.
Dövlət xadiminin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı sitat gətirilərək, onun istər Azərbaycanda, istərsə də ölkəmizdən kənarda gördüyü işlərdən bəhs edilib.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Fatimə Mərdanlı //EDnews