Birləşmiş Ştatlar hələlik Rusiya və Ukrayna arasında vasitəçi funksiyalarından vaz keçmir, lakin münaqişənin həllində irəliləyiş olmasa, vəziyyət dəyişəcək.
“EDnews” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs bildirib.
“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, – ABŞ xarici siyasət idarəsinin nümayəndəsi “Fox News” telekanalının canlı yayımında Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən söyləyib.
O əlavə edib ki, bu, Amerika tərəfinin “atəşkəsə nail olmaq və ya <...> bütövlükdə münaqişəyə son qoymaq istəyindən” imtina etməsi demək deyil.