Şəkilləri silməsəniz, çıxışda sizi 300 manat cərimələyəcəklər... - Şəki Xan Sarayında | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Şəkilləri silməsəniz, çıxışda sizi 300 manat cərimələyəcəklər... - Şəki Xan Sarayında

Mədəniyyət A- A A+

Bu günlərdə Şəkiyə səfər edərkən bələdçilər Şəki Xan Sarayı və Mirzə Fətəli Axundovun ev muzeyində fotoçəkiliş aparılmasına birmənalı şəkildə razılıq vermədilər.

Səbəbini soruşduqda isə Dövlət Turizm Agentliyi tərəfindən fotoçəkilişə qadağa qoyulduğunu bildirdilər. Gizlin çəkiliş edənlərdən isə telefonlarındakı fotoları silməyi tələb etdilər: “Kamerlar çəkir, əgər telefonunuzdakı şəkilləri silməsəniz, çıxışda sizi 300 manat cərimələyəcəklər”.

 

Eurasia Diary xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məsələ ilə bağlı "modern.az"a açıqlama verib.

 

K.Quluzadə deyib ki, fotoçəkiliş üçün qadağadan söhbət gedə bilməz:

“Qoruq xüsusi qaydalarla qorunan yerdir. Orada bir neçə cür çəkiliş qaydası var. Bunlar hökumət tərəfindən təsdiq edilmiş qaydadır. Kommersiya çəkilişləri, turistlərin çəkilişi və kütləvi informasiya vasitələrinin çəkilişi. Kütləvi informasiya vasitələri çəkiliş apararkən Dövlət Turizm Agentliyilə razılşadırılmalıdır. İndiyədək müraciət edənlərdən kiməsə “çəkiliş olmaz” deməmişəm”.

 

Agentlik rəsmisi bildirib ki, qoruq ərazisində çəkiliş aparılmasının xüsusi icazə ilə həyata keçirilməsi normaldır:

“Bunun xüsusi qaydaları var. Yəni mətbuat nümayəndələri üçün mediatur hansı qurum tərəfindən təşkil edilibsə, onlar bizə müraciət etməli idi. Bir zənglə, problemsiz icazə almaq mümkündür. İcazəsiz çəkilən şəkillərə görə cərimə tətbiq oluna bilər. Peşəkar kamera, avadanlıqdan istifadə olunursa, bu, kommersiya xarakterli çəkiliş sayılır və mütləq icazə alınmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...