Müslüm Maqomayevin adına küçə verilməsi üçün Moskva merinə müraciət olunub - ednews.net

4 Dekabr, Şənbə

Müslüm Maqomayevin adına küçə verilməsi üçün Moskva merinə müraciət olunub

Mədəniyyət A- A A+

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adına küçə verilə bilər.

EDNews.net-in xəbərinə görə, Müslüm Maqomayevin adına küçə verilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adından artıq Moskva şəhərinin dövlət strukturlarına müraciət olunub.

Moskvanın Şərqi Dequnino rayonunun yerli azərbaycanlı milli mədəni muxtariyyətinin sədri Həşim Əliyev APA-ya bildirib ki, artıq Moskva meri Sergey Sobyaninə və paytaxtın Troitsk və Novomoskovskiy inzibati dairələrinin administrasiyasına (Yeni Moskva) Moskovskiy yaşayış məntəqəsinin küçələrindən birinə Müslüm Maqomayevin adının verilməsi üçün müraciət edilib.

Həşim Əliyev rayon administrasiyası tərəfindən həmin müraciətə baxıldığını və Moskovskiy yaşayış məntəqəsinin deputatlar Şurasının iclasında Müslüm Maqomayev adına küçə verilməsi təklifinə baxılacağını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...