Xalq artisti Firəngiz Mütəllimova növbəti dəfə doğma yurdu Şuşaya yollanıb.
Ednews xəbər verir ki, aktrisa Şuşada AzTV-nin çəkdiyi proqramda yer alıb.
F.Mütəllimova “Cıdır Düzü”ndə çəkdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb.
"Ən böyük arzularımdan biri Şuşada çəkilişdə olmaq idi. Xəyallarımı gerçəkləşdirən Allaha min şükürlər olsun. Doğma kanal AzTV-nin möhtəşəm və yaddaqalan yeni layihəsində...” – deyə, Xalq artisti qeyd edib.
Qeyd edək ki, F.Mütəllimova ilə birlikdə sözügedən proqramda onun bacısı Nərgiz Mütəllimova, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Sənubər İsgəndərli və digər məşhurlar çəkilib.