"120 min insan üçün infrasturktur yaratmaq çox çətindir, bunları nəzərə almaq lazımdır".
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, tədbir olduqca geniş kompleksli olub:
"Proqramdakı dəyişikliklər həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə həyata keçirilib. Amma istənilən halda bu, Azərbaycanda çox nadir tədbirlərdən biri oldu". (report)