Türkiyənin məşhur seriallarından olan "Kurtlar Vadisi" geri qayıdır.
Ednews türk mediasına istinadən xəbər verir ki, bu barədə serialın baş qəhrəmanı, Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz "TRT Music" kanalının efirində qonaq olarkən deyib.
Aktyorun sözlərinə görə, serial üçün hazırda hazırlıq işləri gedir.
“Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. Ömrümün 20 ili bu serialla keçdi. Dəyərli, lakin çox yorucu işdir. Fikirləşdik ki, bir az ara verməliyik. İndi yenidən serial tələb olunmağa başlayıb".
Oğuz Ayvaz