Şeirlərinə qadağa qoyulan, özünü Azərbaycanın sonuncu şairi adlandıran Ramiz Rövşən Maraqlı Faktlar

Mədəniyyət 10:30 15.12.2022

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür.

Ednews bu münasibətlə şair maraqlı faktları təqdim edir.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb.

***

70 illik yubileyində Ramiz Rövşənə Ədəbiyyata xidmətlərinə görə mükafat verilir. Yazıçı Anar mükafatı təqdim edəndə deyir ki, TÜRKSOY sənə medal da göndərib. Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyir: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.

***

Seyran Səxavətin tələbəlik xatirəsi:

“O vaxt Ramiz çox tərbiyəli idi. Biz onun yanında pis görünürdük deyə, ona deyirdik ki, siqaret çək də. O da bədahətən şeir deyirdi: “Mən siqaret çəkmirəm, çəkmirəm. Mən özüm siqaretəm zamanın qarşısında”.

***

Tədbirlərin birində Ramiz Rövşən SSRİ dövründə məhz Allaha tez-tez xitab etdiyi üçün şeirlərinə qadağa qoyulduğunu etiraf edib.

***

Onu Azərbaycanın yaşayan ən böyük şairi adlandırırlar. Şairin isə bu fikrə münasibəti belədir: “Mən Azərbaycanın axırıncı şairiyəm və uçurumun qarşısındayam. Əgər mən çəkilsəm, hər şey dağılar”.

***

Xaricdə yaşayan soydaşlarımızdan biri Ramiz Rövşənə deyib ki, şeiriniz bizi çətinlikdən xilas etdi. Şair onlardan soruşub: “Bəs şeirlərim Ramiz Rövşəni niyə xilas etmir?”

***

Bir dəfə məşhur “Qara paltarlı qadın” şeirindəki qadının kimliyinə aydınlıq gətirib. Onun sözlərinə görə, şeirdəki qadın onun xanımı deyil: “Sözügedən şeirdə qadın kişidən daha yüksəkdə durur. Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik”.

Ramiz Rövşənin ən məşhur şeirlərindən olan “Ayrılıq” 20 ilə yazılıb. Şairin dediyinə görə, şeirin ilk iki bəndi tələbəlik illərində konkret ünvana yazılıb. O, 20 ildən sonra şeirə yenidən qayıdaraq qalan bəndlərini yazıb və şeirə fəlsəfi məzmun verib.

***

Həmin bu şeiri ithaf etdiyi qıza sevgisini etiraf etməyə çətinlik çəkirmiş. Bir dəfə dərdini Seyran Səxavətlə bölüşüb. Seyran məsələni yoluna qoyacağını vəd edib. Deyib, istəyirsən lap qızı auditoriyadan çağırıb gətirim. Ramiz utancaq olduğu üçün razı olmayıb.

***

Ramiz Rövşən Moskva Ali Ssenari Kurslarını bitirib. O, həm də kinossenaristdi. Ssenariləri əsasında xeyli film çəkilib. Ramiz Rövşən gənc yaşlarında Moskvada təhsil alarkən dahi rus rejissor Andrey Tarkovskinin məşhur “Stalker” filminin çəkilişlərində olub. Onun Tarkovski ilə şəxsi münasibəti də varmış.

***

Ramiz Rövşənin imza günü idi. Bir xanım şairin kitabını alıb ona imzaladandan sonra dedi ki, sizə bir kitab hədiyyə etmək istəyirəm.

- Nə kitab? – şair maraqla soruşdu.

- Mən dietoloqam - Xanım dieta kitabını masaya qoydu - Özüm yazmışam. Həm də Yazıçılar Birliyinə üzv olmaq istəyirəm.

Ramiz Rövşən gülümsündü:

- Faydasını görsəm, mütləq sizi tapacam.

Qəribədir ki, həmin qadın da kök idi.

***

Mirşahin Ramiz Rövşəndən müsahibə götürür:

- Elə bir şeiriniz olubmu ki, onu yazandan sonra ayağa durub deyəsiz ki, mən dahiyəm?

Ramiz Rövşənin cavabı:

- Xeyr! Çünki heç vaxt dahiliyimə şübhə etməmişəm.

***

Şəhriyar Del Gerani bir dəfə Ramiz Rövşəndən zarafatla soruşur:

- Ramiz müəllim, şeirlərinizdəki göy üzünə daş atan oğlanın axırı necə oldu?

Ramiz Rövşən cavab verir:

- Sənin şeirlərində itlərə daş atmağa gedib.

***

Oxuculardan biri ona kitabını imzalatmaq istəyir. Lakin Ramiz Rövşən imzalamaqdan imtina edir. Səbəb kitabın pirat nüsxə olmasıydı. Bu məsələ birmənalı qarşılanmadı. Kimiləri şairi buna görə qınadı, kimiləri isə onu haqlı hesab etdi.

Günlərin birində Bakıda nüfuzlu bir şəxsin toy məclisində Ramiz Rövşən poeziyanın son durumundan gileylənərək belə bir ifadə işlədib: “Son 30 ildə nəinki Azərbaycan, hətta dünya ədəbiyyatında şair yetişməyib”.

***

Daha bir deyim: “İndiki cavanların ağzından süd, əlindən qan iyi gəlir”.

***

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb. 

Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Əfqanıstanda mədəniyyət qətliamı: 100-dən çox musiqi aləti yandırılıb
14:42 27.05.2025
Özünə ad günü keçirən iş adamının evi qarət edildi
14:36 27.05.2025
"Rusiya “3+3” platforması çərçivəsində əməkdaşlığı davam etdirəcək"
13:39 27.05.2025
“BYD” avtomobillərin qiymətini kəskin endirdi
13:21 27.05.2025
İsrail Prezidenti Azərbaycanı təbrik etdi
12:39 27.05.2025
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik: “İttifaq səviyyəsinə yüksələn münasibətlərimiz bizi sevindirir”
12:24 27.05.2025
"İlham Əliyevin regionda sülhün bərqərar olunması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk"
12:22 27.05.2025
Vladimir Putin İlham Əliyevi təbrik etdi
12:19 27.05.2025
Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqləndi
12:17 27.05.2025
Ançelotti Neymarı Braziliya millisindən niyə çağırmadı?
12:08 27.05.2025
“Barselona”nın gələcəyi Yamal üzərində qurulur – Ulduz futbolçu gedir, yoxsa qalır?
11:54 27.05.2025
İspaniya Kralı Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
11:51 27.05.2025
İnsandan daha əvvəl mövcud olan qurğu üzə çıxdı
11:41 27.05.2025
Yerin dərinliklərində gizli XƏZİNƏ: Alimlər nüvədən səthə qalxan qızıl izlərini aşkar etdilər
11:38 27.05.2025
"Ukrayna Azərbaycan üçün Avropada əsas enerji qovşağına çevrilməyə hazırdır"
11:34 27.05.2025
UEFA prezidenti dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi ideyasını sərt tənqid etdi
11:18 27.05.2025
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı
11:13 27.05.2025
İbizada dincələn Mahir Emrelinin danışıqlar apardığı Almaniya klubları açıqlandı
11:05 27.05.2025
Ermənistan "3+3" formatında növbəti görüşü qəbul etməyə hazır olduğunu açıqladı
10:57 27.05.2025
Fələstin Dövlətinin Prezidenti İlham Əliyevi təbrik etdi
10:56 27.05.2025
Prezident İlham Əliyev Laçında yeni turizm simvolunun təməlini qoydu – Kanat yolu şəhərin inkişafına yeni nəfəs verəcək
10:48 27.05.2025
"Üzv ölkələrdən ÜDM-in 5 faizini müdafiəyə ayırmaq barədə razılıq gözlənilir"
10:41 27.05.2025
FHN ticarət müəssisələrinə müraciət etdi: Yanğın təhlükəsizliyinə biganəlik həyatı riskə atır
10:37 27.05.2025
Ötən il "Formula 1"ə 168 milyon manat manat xərclənib
10:28 27.05.2025
Alimlər Afrika torpaqlarını quraqlıqdan xilas etməyin yolunu tapıblar – BMT dəstəyi ilə yeni strategiya hazırlanır
10:18 27.05.2025
Prezident İlham Əliyev Laçında “LATIFA” tikiş fabrikinin açılışında iştirak edib
10:15 27.05.2025
Alonso ulduz futbolçu ilə bağlı radikal qərar verdi
10:03 27.05.2025
Qarabağ Universitetinə ayrılan vəsait açıqlandı
10:02 27.05.2025
Peru Konqresi Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə bəyanat qəbul etdi
08:40 27.05.2025
Yaponiyada zəlzələ qeydə alındı
17:36 26.05.2025
Sabah Yasamalda qaz olmayacaq
17:29 26.05.2025
Suriyada terror aktları planlaşdıran İŞİD yaraqlıları saxlanılıb
17:11 26.05.2025
İndoneziya Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi
17:08 26.05.2025
Konte "Napoli"dən gedir
16:53 26.05.2025
Rəsmi Bakı Nikol Paşinyana cavab verdi
16:31 26.05.2025
"Məktəblərdə islamofobiyanın qadınların həyatına təsiri barədə maarifləndirmə işi aparılmalıdır"
15:36 26.05.2025
"Dünyada əksər qadınlar hicaba görə qısnamalara məruz qalır"
15:17 26.05.2025
Fransa Gorusda baş konsulluq açacaq
15:12 26.05.2025
Həftə ərzində 1795.7 hektar ərazi minalardan təmizlənib
14:09 26.05.2025
İlhan Şeşen vəfat etdi
13:46 26.05.2025
Hamısı