Ayaz Salayev: “İttifaqdan bir qəpik də almıram” - AÇIQLAMA - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Ayaz Salayev: “İttifaqdan bir qəpik də almıram” - AÇIQLAMA

Mədəniyyət A- A A+

“Kinematoqrafçılar İttifaqı hər kəsindir, kiminsə atasının, yaxud özünün şəxsi mülkü deyil. Seçki keçirilmədiyini deyirsiniz, onda gəlin tələb edin, qurultayın çağırılmasını təklif edin. Qonaq kimi üzvlükdən çıxmaqdansa, belə olsaydı, daha yaxşı olardı”.

Bunu Ednews-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, rejissor Ayaz Salayev deyib.

O "Əgər qurultay çağırılarsa, siz səsinizi Şəfiqə Məmmədovaya verəcəksiniz?" sualına da cavab verib: "O şərtlə ki, ittifaqda böyük, ciddi işlər görüləcək və Şəfiqə xanım, bir növ, fəxri sima olaraq orada sədr qalacaq, bax o zaman səsimi Şəfiqə Məmmədovaya verəcəyəm. Çünki Şəfiqə xanımın nüfuzu böyükdür. Nüfuz amili çox önəmli və əhəmiyyətlidir".

Kinoşünas ARKİ-nin qurum olaraq kino sahəsinə töhfə verməməsi məsələsinə də münasibət bildirib: 

"Mən ittifaqdan heç maaş da almıram, biləsiniz. Oranın kinoya töhfəsi məsələsinə, vallah, bir nümunə çəkim: Keçən ilin yayında məni festivala dəvət etmişdilər. Xərcimi ittifaq qarşıladı, vəssalam. Mənim bu ittifaqda qalmağım isə, siz bilirsiniz, ideoloji amillərə görədir. Özümün ideoloji səbəblərimə görə, bura mənə uyğundur".

Qeyd edək ki, ötən gün ARKİ-nin üzvlüyündən 20-ə yaxın mədəniyyət və incəsənət xadimi istefa verib.

Oğuz Ayvaz 

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...