Qumar və aliment borcunu ödəyə bilməyən müğənni Sərdar Ortaç villasını satışa çıxarıb.
Ednews habertürkə istinadən xəbər verir ki, müğənni villasını 92 milyon lirəyə (təxminən 8 milyon 316 min manat) alıcılara təklif edir.
Sənətçi pərəstişkarlarından onun üçün Beykoz səmtindən ev tapmasını da xahiş edib:
"Dənizin kənarında bir villa ola bilər. Satışda və ya kirayədə olan evlər varsa, xəbər edin".
Oğuz Ayvaz