Niyaməddin Musayev onu tənqid edənlərə cavab verdi: “Mənasız adamlardır” - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Niyaməddin Musayev onu tənqid edənlərə cavab verdi: “Mənasız adamlardır”

Mədəniyyət A- A A+
Xalq artisti Niyaməddin Musayev müsahibələrinin birində "Azərbaycana diskotekanı mən gətirmişəm" sözü sosial şəbəkələrdə gündəm olub. İzləyicilər sənətçini kəskin tənqid atəşinə tutublar. 
 
Ednews bununla bağlı Niyaməddin Musayevlə əlaqə yaradaraq onun tənqidlərə cavabını öyrənib. Müğənni açıqlamasında bildirib ki, diskotekanı Azərbaycana mən gətirmişəm deyəndə ümumi milli estradanı nəzərdə tutmuşam. 
 
Sənətçi onu təqin edənləri nadan adlandırdı:
 
“Məni tənqid edənlər dərin düşüncə sahibi deyillər, mənasız adamlardır. Bəzi adamlarda primitivlik var. Zövqü olmayan insanlardır. Musiqi təkcə sənin, mənim üçün deyil. Bütün dünya üçündür. Elə məhsul buraxasan ki, gərək dünya standartlarına cavab versin. Ruslar, almanlar, frnasızlar başqa xalqlar da həmişə mənim ifalarımı gözəl qəbul ediblər. Qulaq da asıblar. Bundan gözəl nə ola bilər? İndi hansısa nadanın biri orda nəsə yazır. Gərək onları yerlərində otuzdurasan. Mənim mahnılarımda milli ruh var, müasirlərik də öz yerində. Nə qədər müasir olursan ol, milli ruh olmasa o musiqi qəbul oluna bilməz, nə də yaşaya bilməz, ömrü az olar”. 
 
Oğuz Ayvaz 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...